Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri[1].
Boris Tokaryev | |
---|---|
rus. Борис Васильевич Токарев | |
Doğum tarixi | |
Doğum yeri | Kiselyovo, Kaluqa vilayəti, RSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Həyat yoldaşı | Lüdmila Qladunko |
Uşağı | Stepan |
Fəaliyyəti | aktyor, rejissor |
Fəaliyyət illəri | 1959-cu ildən |
Təhsili | |
İstiqamət | sosialist realizmi |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0006491 |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir.
Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır. Məktəbi bitirənə qədər o, daha bir neçə filmdə çəkilir.
"Maksim, indi haradasan?" filminin çəkilişlərində 17 yaşlı Boris onunla tərəfmüqabil olan Lüdmila Qladunko ilə tanış olur. Onlar 1969-cu ildə ailə həyatı qurmuşdular...
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1959 | Xilas edilmiş nəsil | Спасённое поколение | Viktor |
1963 | Göy dəftər | Синяя тетрадь | Kondrati Yemelyanov |
1964 | Maksim, indi haradasan? | Где ты теперь, Максим? | Maksim |
1964 | Palata | Палата | |
1965 | Düzlük | Верность | leytenant |
1965 | Dənizə yol | Дорога к морю | Tolya |
1969 | Knyaz İqor | Князь Игорь | knyaz Vladimir |
1970 | Dənizçi xarakteri | Морской характер | Andrey Korotkix |
1971 | Əgər kişisənsə... | Если ты мужчина... | Paşka Snegiryov |
1972 | İsti qar | Горячий снег | Nikolay Kuznesov |
1973 | Yüksək rütbə | Высокое звание | Pavel Şapovalov |
1975 | Biz bunu keçməmişik | Это мы не проходили | Yura Ryabinin |
1976 | İki kapitan | Два капитана | Sanya Qriqoryev |
1981 | Aleksandr Kiçik | Александр Маленький | kapitan İqor Svetov |
1985 | Dumanda sahil | Берега в тумане | Voronov |
1987 | Gecə ekipajı | Ночной экипаж | epizod |
1996 | Prezident və onun xanımı | President и его женщина | Qleb |
1999 | D.D.D. Detektiv Dubrovskinin dosyesi | Д. Д. Д. Досье детектива Дубровского | Voytov |
2001 | Məni tərk etmə, məhəbbət | Не покидай меня, любовь | |
2005 | Mayor Puqaçovun son döyüşü | Последний бой майора Пугачёва | general-mayor Artyomov |
2009 | Distansiya | Дистанция |
İl | Azərbaycanca adı | Orijinal adı | Filmdə iştirakı | Filmin növü |
---|---|---|---|---|
1979 | Mənim mələyim | Ангел мой | rejissor | |
1979 | İdman, İdman, İdman və ya Mişa dayı məsləhətlərini verir | Спорт, Спорт, Спорт или дядя Миша даёт советы | rejissor | |
1982 | Bizim nikahımız kilsədə olmayıb | Нас венчали не в церкви | rejissor | Bədii film |
1985 | Üsyan meydanı | Площадь Восстания | rejissor, ssenarist | |
1987 | Gecə ekipajı | Ночной экипаж | rejissor, aktyor | Bədii film |
1992 | Tərkdünya | Отшельник | rejissor | |
2001 | Məni tərk etmə, məhəbbət | Не покидай меня, любовь | rejissor, aktyor | |
2009 | Distansiya | Дистанция | rejissor, aktyor | |
2010 | Öncəgörən Ömər Xəyyam | Прорицатель Омар Хаям | rejissor |
.