Bosniya və Herseqovina Mərkəzi Bankı

Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknotmetal pullarının yeganə istehsalçısıdır. Hökumətin pulkredit siyasətindən məsuldur.

Bosniya və Herseqovina Mərkəzi Bankı
bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине
Əsas binası
Yerləşməsi
43°51′13″ şm. e. 18°25′34″ ş. u.HGYO
Ölkə
Ünvan Sarayevo
Ümumi məlumatlar
Yaranma tarixi 20 iyun 1997
Valyuta Bosniya və Herseqovina konvertasiya olunan markası
Digər məlumatlar
Saytı cbbh.ba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.

Bosniya və Herseqovina Mərkəzi Bankı Bosniya və Herseqovina Parlament Assambleyasında 20 iyun 1997-ci ildə qəbul edilmiş qanuna əsasən yaradılmışdır. 11 avqust 1997-ci ildə isə fəaliyyətə başlamışdır.

  1. 1 2 Commission to Preserve National Monuments of Bosnia and Herzegovina. 2001.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]