Bosniya və Herseqovina coğrafiyası

Sinsar dağı (2085 m)

Bosniya və Herseqovina Avropanın cənub-şərqində yerləşir. Ölkənin sahəsi 51,1 min km²-dir. Şimal, cənub və qərb hissəsində Xorvatiya (932 км), şərqində Serbiya (357км), cənub-şərqində isə Monteneqro (249 км)[1] ilə sərhədə malikdir. Sərhədlərinin ümumi uzunluğu 1459 km-dir. Sahəsinə görə dünya ölkələri arasıında 128-ci yerdədir. Ərazisinin 99,8% quru, 0,2% su sahəsidir.

Bosniya-Herseqovinanın şimal ərazisi istisna olaraq Dinar öndağlığı daxilində yerləşir. Ərazisi bir-birinə paralel şəkildə şimal-qərbdən cənub-qərbə uzanır. Bu silsilələr arasında ölkənin iri şəhər və qəsəbələri yerləşir. Silsilələrin hündürlüyü mərkəzdən Xorvatiya sərhədinə doğru artır. Ən hündür nöqtəsi Maqliç dağıdır (2386 m). Ərazisində 405 km² sahəyə malik olan karst məşəlli Livan-Pole düzənliyi vardır. Bosniya-Herseqovinanın cənubunda, Neum rayonu ərazisində Adriatik dənizinə cəmi 23 km məsafədə çıxışı vardır[2]. Ölkənin ən aşağı ərazisi Adriatik dənizinin sahilində 0 metr təşkil edir. Digər alçaq ərazi isə Ortadunay ovalığıdır.

Ölkə ərazisi Alp-Himalay qırışıqlığı ərazisində yerləşir. Bu səbəbdən güçlü zəlzələlər müşahidə edilə bilir. 27 oktyabr 1969 ildə Başnya-Luka şəhəri zəlzələ nəticəsində tamamən dağılmışdır.

Bosniya Herseqovina.[3] faydalı qazıntılarla zəngindir. Burada dəmir, qonur kömür, maqma, kobalt, xrom, boksit, daş duz və sink kimi faydalı qazıntılar çıxarılır. Tikinti materialları olan qum, gil, gips və digərləri ilə zəngindir.

Kontinental iqlimə malkdir. Yayı isti, qışı isə mülayim keçir. Maksimal yağıntının miqdarı 1600 mm-dir. Yağıntı əsasən noyabr-dekabr aylarında düşür.

Ölkə ərazisindən axan çayların 3/4 hissəsi Dunay çayı, 1/4 hissəsi isə Adriatik dənizinə aiddir. Ölkə ərazisində 30 suelektrik stansiyası fəaliyyət göstərir.

Meşələr ölkə ərazisinin 50% təşkil edir. 900 metrə qədər olan ərazilərdə enliyarpaq, 900-1700 metr arasındakı ərazilərdə yarışıq meşələr, 1700 metrdən yüksək zonalarda isə iynəyarpaqlı meşələr yerləşir.

  1. "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Field Listing - Coastline Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine, The World Factbook, 2006-08-22
  3. "Minerali Bosne i Hercegovine" (PDF). anubih.ba. 1 September 2015. 5 August 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 April 2016.