Bosniyalı Əli Paşa (ö. 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Bosniyalı Əli Paşa | |
---|---|
Əvvəlki | Qara Mustafa Şahin Paşa |
Sonrakı | Bosniyalı Mahmud Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Bağdad, Osmanlı imperiyası |
Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnaq olub, Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra müxtəlif sancaqbəyliklərinə təyin edildi. Ardından Şahzadə Səlimin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya və Manisa sancaqbəyliklərinə yollandı. Daha sonra 1557-ci ildə bu vəzifədən alındı və 1558-ci ilin yanvarında Mərəş bəylərbəyi oldu. Bir il sonra vəzifədən alındı və Şahzadə Bəyazidə qarşı Şahzadə Səlimin topladığı orduya rəhbərlik etdi. Daha sonra Şahzadə Bəyazidin təslim edilməsi üçün gedən müzakirələr əsnasında Qəzvinə göndərildi. Döndükdən sonra 1563-cü ildə Misir bəylərbəyliyinə gətirildi. 1566-cı ilin aprelində vəzifədən alındı və 1569-cu ildə Bağdad bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən 1571-ci ildə vəfat etdi.