Bostandık üsyanı (qaz. Бостандық көтерілісі) — yüksək vergilərə və sovet hökuməti tərəfindən "çörək hazırlama kampaniyası" çərçivəsində baş vermiş məcburi hərəkətlərə qarşı Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının Sır Dərya dairəsinin Bostandık bölgəsinin (Müasir Özbəkistan ərazisi) sakinləri tərəfindən qaldırılmış üsyan. T.Musabaev, U.Maylıbaevin rəhbərlik etdiyi üsyanda 500 nəfər iştirak edirdi. Briçmolla qışlağında baş tutmuş döyüşdə üsyançıların köməyinə İ.Canıbəyovun basmaç dəstəsi köməyə gəlir. Üsyan Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən yatırılır, üsyançıların 50 nəfəri öldürülür, 2 nəfər isə güllələnməyə məhkum edilir. 36 nəfər 10 il müddətinə islah əmək düşərgələrinə, 7 nəfər isə 5 il müddətinə sürgün edilir.[1]
Bostandık üsyanı | |||
---|---|---|---|
Qazaxların üsyanları | |||
Tarix | 27-30 sentyabr 1929-cu il | ||
Yeri | Bakalı kəndi, Almatı vilayəti, Qazaxıstan | ||
Səbəbi |
Aclıq Həddən artıq olan vergilər Məcburi kollektivləşdirmə İnsanların dini inanclarının təhqir olunması |
||
Nəticəsi | Üsyan bolşeviklər tərəfindən yatırılıb, 50 nəfər üsyan yatırılanda öldürülüb, 2 nəfər güllələnməyə məhkum edilib. 36 nəfər 10 il müddətinə, 7 nəfər isə 5 il müddətinə sürgün edilib. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||