Boyayıcı dazıotu

Boyaq dazı (lat. Hypericum androsaemum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.

Boyaq dazı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 40-100 sm, gövdəsi qəhvəyitəhər, adətən düzduran və az budaqlanmış yarımkoldur.

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları oturaqdır, çılpaqdır, uzunsov və enli yumurtavari, uzunluğu 4-10 sm, eni 2-6 sm olub, kütdür, oyuqlu və ya qısa itiucludur, qaidə hissəsi dəyirmidir, alt tərəfdən tünd-göydür.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri uzunluğu 2-6 sm olan, qalxanşəkilli və ya çətirşəkilli çiçək qrupunda toplanmışdır, yuxarı yarpaqların yaxınlaşmasından əmələ gəlmiş qını vardır. Ləçəkləri uzunsov-yumurtaşəkilli olub, kütdür.

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq giləmeyvəşəkillidir, demək olar ki, qara rəngdədir, kasacığa bərabərdir, açılan deyil, tez töküləndir. Toxumlarının uzunluğu 1 mm-dir, qısa silindrşəkilli və ya ovaldır, tor kimi deşiklidir, buruncuğu vardır.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

May

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyun-İyul (Avqust)[2]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Lənkəran dağlıq. Aşağı və orta dağ qurşağında.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşələrdə və rütubətli kolluqlarda rast gəlinir.

Təbii yayılması:[redaktə | mənbəni redaktə et]

Afrikada (Tunis, Əlcəzair), Avropada, Asiyada (Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan) yayılmışdır.

Botaniki təsviri:[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-100 sm olan, çılpaq, budaqlı yarımkoldur. Qabığı qonur rənglidir. Yarpaqları oturaq, yumurtavari və ya uzunsov-yumurtavari, uzunluğu 3,5-11 sm, eni 1-6 (bəzən 8 sm-ə qədər), dərili, ucu bizdir. Bünövrəsində yarpaqları daha yumru, yarpağın alt hissəsi göyümtül rənglidir. Çiçəkləri azsaylıdır (çiçək qrupunda 3-8 ədəd). Çiçək qrupu qısa, çətirvari və ya qalxanvaridir. Çiçəyin uzunluğu 2-3 sm, eni 2,5-6 sm-dir. Kasayarpaqları qeyri-bərabər, küt, yumurtavari, uzunluğu 8-9 mm və eni 5-7 mm-dir. Kənarları bütöv, vəzicikli nöqtələri yoxdur. Ləçəkləri uzunsov – yumurtavari və ya uzunsov-ellipsvari formalı, uzunluğu 1-1,3 sm və eni 0,8 sm, küt, ölçülərinə görə bir az kasacıqdan böyükdür. Erkəkcikləri çoxsaylı, 5 dəstəyə birləşir. Yumurtalığı yumru və ya yumru-oval formalı, uzunluğu 6 mm və eni 3-5 mm, rəngi tünd göy və ya qaradır. Sütuncuqları 3, qısa, uzunluğu 2 mm-dir. Qutucuğu giləmeyvə formalı, tez tökülən, çatlamayan, tünd göy və ya qara rəngli, uzunluğu və eni 5-8 mm-dir. Toxumları xırda, uzunluğu 1 mm, oval və ya uzunsov-oval formalı, tünd qonur və ya qonur rənglidir. Meyvələri şarşəkilli, diametri 5-8 mm-ə çatır. Çiçəkləməsi iyundan iyuladək davam edir.

Ekologiyası:[redaktə | mənbəni redaktə et]

Günəşli və kölgəli yerdə bitir.

Azərbaycanda yayılması:[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda aşağı dağ qurşaqlarında təbii halda rast gəlinir.

İstifadəsi:[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada yamaclarda, təpələrdə, bağ yollarının yaxınlığında, ağac və kol qruplarının ətrafında əkilir. Bəzi sortları canlı hasarlarda və ya çiçək ləklərində digər çoxillik ot bitkiləri ilə birlikdə istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 784.
  2. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov


Məlumat mənbələri[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.

İstinad[redaktə | mənbəni redaktə et]

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh