Boys (Summertime Love) (azərb. Oğlanlar (yay sevgisi)) — 1987-ci ildə İtaliya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir.[1]
"Boys (Summertime Love)" |
---|
|
Yayımlanma tarixi |
1987 |
Format |
sinql |
Janr |
İtalo-disko Hi-NRG |
Dil |
İngilis dili |
Müddət |
3:55 dəqiqə |
Prodüser |
Claudio Cecchetto (mixed by M. Bonsanto and R. Rossi) |
Sözlərin müəllifi |
Claudio Cecchetto Matteo Bonsanto Roberto Rossi Malcolm Charlton |
Studiya |
Baby Records |
|
Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida hotelində olan hovuzun ətrafında çəkilmişdir.[2] 1988-ci ildə Sabrina Salerno "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur.
Bu mahnı Sabrina Salernonun ifa etdiyi üçüncü mahnıdır. İlk dəfə 29 may 1987-ci il tarixində göstərilmiş və "Sabrina" albomuna daxil edilmişdir. Mahnı bir çox ölkələrin hit-paradında yüksək mövqe tutmuşdur.[3] Fransa hit-paradında 5 həftə ilk pilləni tutmuş və ümumi 25 həftə (12 dekabr 1987 – 28 may 1988) müxtəlif mövqe tutaraq, 1-ci pillədən 29-cu pilləyə enmişdir. Mahnının sertifikasiyası Fransa, Almaniya və Böyük Britaniya hit-paradında qızıl sertifikasiyaya layiq görülmüşdür. Sabrina Salerno Fransa hit-paradında qızıl sertifikasiyaya layiq görülmüş ilk italyan müğənnisidir.[4] İtaliya hit-paradında üçüncü pillədə qərarlaşmış və 2 həftə ərzində müxtəlif pillələrdə mövqe tutmuşdur. 30 avqust 1987-ci il tarixində İsveçrə hit-paradında göstərilmiş və ilk pilləyə yüksəlmişdir.
- 1988-ci ildə Yapon pop ifaçıları Aya Suqimoto mahnının kaver versiyasını ifa etmişdir. İngilis dilli kaver versiyası isə "Boys (Tokyo Mix)" adı ilə göstərilmiş və "Aya" albomuna daxil edilmişdir.
- 1989–2013-cü illərdə Çin ifaçıları Yolinda Yan və Heken Li (ing. Hacken Lee) kanton dilində mahnının kaver versiyalarını ifa etmişlər.
- 1994-cü ildə Fransanın rok janrında ifa edən musiqi qruplarından biri olan "Ludwig von 88" qrupu mahnının kaver versiyasını ifa etmiş və "17 plombs pour péter les tubes" adlı albomuna daxil etmişdir.
- 1994-cü ildə çəkilən "Özünə inanmaq" adlı hind filmində mahnının kaver versiyası "Sexy Sexy Mujhe Log Bole" adı ilə ifa edilmişdir.
- 2001-ci ildə Avstriyanın "Rimini Project" musiqi qrupu mahnının kaver versiyasını ifa etmişdir.
- 2006-cı ildə "The Cheeky Girls" musiqi qrupu mahnının kaver versiyasını "Boys and Girls (Christmas Time Love)" ilə ifa etmişdir.
- 2007-ci ildə Çin müğənnisi He Jie mahnının kaver versiyasını "Boys" adı ilə ifa etmişdir.
- 2010-cu ilin yanvar ayında Almaniyalı reper Karlpitin ilə Slovakiyanın "TWiiNS" adlı musiqi qrupu tərəfindən mahnının kaver versiyası ifa edilmişdir. Mahnı klipi Sabrina Salernonun orijinal mahnını ifa etdiyi hovuzun ətrafında çəkilmişdir.
- 2011-ci ildə Fin ifaçısı Sansa, mahnının kaver versiyasını "Boys (Summertime Love)" adı ilə ifa etmiş və "Savior" albomuna daxil etmişdir. Mahnı klipinin epizodunda Sabrina Salerno çıxış edir.
- 2012-ci ildə İspaniyanın "2 Atrevidas" (ispanca: "2 Naughties") musiqi qrupu mahnının kaver versiyasını "Boys, Boys, Boys" adı ilə ifa etmişdir. Qrupun üzvləri Sonya Monroy və Yola Berrokaldır.
7" single Chic
- 1."Boys (Summertime Love)" — 3:56
- 2."Get Ready (Holiday Rock)" — 3:20
7" single Dureco Benelux
- 1."Boys (Summertime Love)" — 3:30
- 2."Get Ready (Holiday Rock)" — 3:30
12" single
- 1."Boys (Summertime Love)" (extended mix) — 5:40
- 2."Boys (Summertime Love)" (dub version) — 5:35
- 3."Get Ready (Holiday Rock)" — 3:30
CD single – 1995 release
- 1."Boys '95" (Radio Lovers Remix) – 5:36
- 2."Boys '95" (N. Y. D. P. Mix) – 3:40
- ↑ Boys Boys Boys Remixes Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Diskogs.com.
- ↑ "La Discothèque du 20è siècle", 1988, Polygram Dierct, p. 15
- ↑ Nos années Top, clips et 45 tours : 1984–1991, Marc Lemonier, 2008, p. 75 (ISBN 2–258–07648-X)
- ↑ Elia Habib, Muz hit. tubes, 2002, p. 123 (ISBN 2–9518832–0-X)
- ↑ Australian-charts.com – Sabrina – Boys Arxivləşdirilib 2017-10-13 at the Wayback Machine (in Australian) ARIA Top 50 Singles.
- ↑ Austriancharts.at – Sabrina – Boys Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine (in Austrian) Ö3 Austria Top 40.
- ↑ Musicline.de – Sabrina – Boys Arxivləşdirilib 2015-09-07 at the Wayback Machine (in German). Media Control Charts. PhonoNet GmbH.
- ↑ Dutchcharts.nl – Sabrina – Boys Arxivləşdirilib 2021-08-30 at the Wayback Machine (in Dutch). Dutch Singles Charts.
- ↑ Hitparadeitalia.it – Sabrina – Boys Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine (in Italy). Italian Singles Chart.
- ↑ Officialcharts.com – Sabrina – Boys Arxivləşdirilib 2021-06-09 at the Wayback Machine (in Italy). Italian Singles Chart.
- ↑ Swedishcharts.com — Sabrina – Boys Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine (in Sweden). Singles Top 60.
- ↑ Swisscharts.com — Sabrina – Boys Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine (in Switzerland). Swiss Singles Chart.
- ↑ Salaverri, Fernando (September 2005). Sólo éxitos: año a año, 1959–2002 (1st ed.). Spain: Fundación Autor-SGAE. ISBN 84-8048-639-2.
- ↑ Pennanen, Timo (2006). Sisältää hitin — levyt ja esittäjät Suomen musiikkilistoilla vuodesta 1972 (in Finnish) (1st ed.). Helsinki: Tammi. ISBN 978-951-1-21053-5.
- ↑ Lescharts.com – Sabrina – Boys Arxivləşdirilib 2022-09-09 at the Wayback Machine (in French). Les classement single.
- ↑ Norwegiancharts.com — Sabrina – Boys Arxivləşdirilib 2020-03-10 at the Wayback Machine (in Norway). VG-lista.
- ↑ Chartstats.com — Sabrina – Boys (in UK). UK Singles Chart.
- ↑ Ultratop.be – Sabrina – Boys Arxivləşdirilib 2021-11-15 at the Wayback Machine (in Belgium). Ultratop 50.
- ↑ Rock.co.za — Sabrina – Boys Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine (in South Africa). South African Rock Lists.
- ↑ Best selling-singles of all times in France Infodisc.fr Arxivləşdirilib 2008-11-13 at the Wayback Machine (Retrieved December 12, 2007)
|
---|
Səhnə albomları | |
---|
Yığmalar | |
---|
Sinqllar | Sexy Girl (1986) • Lady Marmalade • " Boys (Summertime Love)" (1987) • Hot Girl (1987) • "All of Me (Boy Oh Boy)" (1988) • "My Chico" (1988) • "Like a Yo-Yo" (1989) • "Gringo" (1989) • "Yeah Yeah" (1990) • "Siamo Donne" (1991) • "Over the Pop (Shadows of the Night)" (1991) • "Cover Model" (1992) • "Rockawillie" (1994) • "Boys '95 (1995) • "Angel Boy" (1995) • "Fatta e Rifatta" (1996) • "I Love You" (1999) • "Erase/Rewind" (2008) |
---|
|