Boz cinsliot

Boz cinsliot

Boz cinsliot
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizinin qərb hissələrində,Orta Avropada,İranda,Monqolustanda,Yaponiyada və Çində yayılmışdır.İlk dəfə Tatarıstan və Moraviyada təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-50 sm olan qollu-budaqlı yarımkoldur.Gövdələri nazik çubuqvari,bozumtul rəngdədir.Yarpaqları qısa saplaqlı,xətvari,lansetvari,tamkənarlıdır.Çiçəkləri qısa boylu,sıx sünbüllərə yığılmışdır.Çiçəkaltlıqları dişi çiçəklər boyu üzrə bitişik,uc tərəfi dişvaridir.İyul-avqust aylarında çiçəkləyir.Meyvəsi yumurtavari,3 mm uzunluğundadır,sentyabr-oktyabr aylarında yetişir.

Duzluluğa və quraqlığa davamlıdır.Daşlı,gilli quru yamaclarda,səhra və ya yarımsəhralarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda,Naxçıvan MR-da yayılmışdır.

Yanacaq üçün istifadə olunur.Cavan budaqlarını və yarpaqlarını dəvələr,atlar və iri mal-qara yeyir.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]