Brüssel Vrije Universiteti (nid. Vrije Universiteit Brussel) — Belçika Krallığının Brüssel şəhərində yerləşən tədqiqat universiteti.
Brüssel Vrije Universiteti VUB | |
---|---|
50°49′18″ şm. e. 4°23′36″ ş. u.HGYO | |
Şüar |
lat. Scientia vincere tenebras azərb. Qaranlığı fəth etmək üçün elm |
Əsası qoyulub | 1834 |
Yenidən təşkil olunub | 1970 |
Şəhər | Brüssel |
Ölkə | |
Rənglər | |
Sayt | www.vub.ac.be/en |
Vikianbarda əlaqəli mediafayllar |
Ali təhsil müəssisəsi 1834-cü ildə vəkil Piyer Teodor Verhaqen tərəfindən Azad Brüssel Universiteti olaraq təsis edilmişdir. 1970-ci ildə isə sözügedən qurumun bölünməsi nəticəsində meydana çıxmış iki universitetdən biri kimi Vrije Universiteti fəaliyyətini müstəqil davam etdirmişdir. Hazırda, 8 fakültədə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil alan 19245 tələbəsi vardır. Brüssel şəhərinin tələbə sayına görə ən böyük universitetlərindən biri olmaqla yanaşı, İksel, Jet, Anderlext və Qoyk şəhərlərində yerləşən kampuslara malikdir.
Brüssel Universitetlər Assosiyasiyasının üzvü olan ali təhsil müəssisəsinin dərc etdiyi məqalələr ortalama istinad sayına görə Belçikada ilk sırada yerləşir.[2] QS World University Rankings-in 2021-ci il üçün dərc etdiyi siyahıya görə Brüssel Vrije Universiteti dünya sıralamasında 200-cü sırada yerləşir.[3] Bununla yanaşı, Vrije Universiteti Belçika üzrə milli sıralamada ilk beşlikdə mövqe tutmuşdur.[4]
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Brüssel Vrije Universitetinin məzunları sırasında çoxsaylı alim, siyasətçi və incəsənət xadimləri vardır.
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |