Brınza pendiri (azərb. Ağ pendir) – Ağ rəngli duzlu pendir növu. Hazrılanmasında inək, camış, qoyun və keçi südlərindən, bəzən isə onların qarışığından istifadə edilir. Əsasən Şərqi Avropa, Qafqaz və Balkan xalqları arasında yayılıb. Azərbaycanda ağ pendir kimi tanınır.
Brınza | |
---|---|
Ölkə | Yunanıstan (Bizans İmperiyası) |
Köhnəlmə | minimum 3 ay |
Sertifikat | PDO, 2002 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə bu söz, 1370-ci ildə Xorvatiyanın Dubrovnika portunda qeydə alınıb. Qeyddə pendirin adı "Vlaha pendiri" olan "Brençe" kimi keçir. Daha sonra 1470-ci ilə aid mənbələrdə Macarıstan Krallığı və 1527-ci ilə aid sənədlərdə Polşanın Podhale əyalətində bu pendirdən bəhs edilir[1]. Daha sonrakı dövrlərdə isə Slovakiya və digər Aropa ölkələrində bu pendir barədə məlumatlara rast gəlmək olar.
Brınza ağ rəngli, bəzən az sarıya çalan rəngi olan pendirdir. Duzlu pendirlərə aid edilir. Duzda saxlanıldığı üçun dadı duzlu olur. Brınza pendirinin çox duzlu və sərt olması onun 60 gün ərzində duzda qaldığının göstəricisidir. Brınza pendirinin üst hissəsində digər pendirlərdəki kimi qovuqcuqlar olmur. Brınza pendirini digər pendirləırdən fərqləndirmək üçün onun üst hissəsini adətən xüsusi bəzəkli edirlər. Brınza pendirinin daxilində boş qabarcıqlar tamamən az olur. Brınza pendirinin tərkibində yağın miqdarı 40%-dən çox olamamlıdır. Ən dadlı brınza pendiririnin tərkibində isə yağın miqdarı 50% olur. Bu yağlılıqda olan brınza pendiri daha dadlı olur.
Brınza pasterləşdirilmiş İnək, Camış, qoyun və keçi südundən, bəzən isə onların qarışığından hazırlanır. Hazırlanması pasterləşdirilmiş südə kalsi xloru və maya bakteriyası əlavə edərək duzlaşdırma porsesi ilə baş verir. İnək südundən hazrılanarkən duzluluğu 18—20 °Т , inək südunun camış, keçi və qoyun südə ilə qarışığından hazırlanarkən isə duzluluğu 22—26 °Т olur. Brınza pendirinin duz tutaraq dadlanması 60 günə baş verir. Düzdür marketlərdə ondan alarkən üstündəki etiketdə bu barədə yazılara rast gəlinmir.[2]
100 qram brınza pendirinin qida dəyəri:
* Zülallar – 22,2 qr.
* Yağlar – 19,2 qr.
* Karbohidratlar – 0,4 qr.
* Su – 52 qr.
* Kalori – 260 kKal.
Brınza pendirinin tərkibində 288 kalori, 15 qram zülal, 26 qram yağ, kalsium, natrium, fosfat var. Brınza pendiri B1, B2, C vitaminləri ilə zəngindir.[2]