Braşov (rum. Braşov, mac. Brassó) — Rumıniyada şəhər. Ölkənin 10 ən böyük şəhərlərindən biri. Keçmişdə Kronştadt (alm. Kronstadt) adlanıb. 1950–1960-cı illərdə şəhər İosif Stalinin şərəfinə Oraşul-Stalin adlandırılıb. Tsara Bırsey tarixi bölgəsinin paytaxtıdır.
Braşov | |
---|---|
Brașov[1] Kronstadt Brassó | |
45°39′ şm. e. 25°36′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1234 |
İlk məlumat | 1234 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 600 ± 1 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi | 227 961[2] nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +40 268 |
Poçt indeksi | 500001–500670[4] |
Nəqliyyat kodu | BV |
Digər | |
brasovcity.ro | |
Vikianbarda əlaqəli mediafayllar |
Rumıniyanın mərkəzində yerləşən Braşovu tez-tez rumın Zalsburqu da deyirlər. Braşovun qotik üslublu köhnə məhəllələri insanda güclü təəssürat oyadır. Abidələr sırasında xüsusi yeri məşhur Qara Kilsə təşkil edir. Bu kilsə Balkanlarda orta əsr kilsələr içərisində böyüyüdür. Kilsən girişində Martin Lüterin bir davamçısı islahatçı, pedaqoq Johannes Honterusanın heykəli ucalır.
Braşovun mülayim kontinentallı xüsusi iqlimi vardır. Dəniz və kontinental mülayim iqlimi arasında aralıq zolağındadır. Normal yay temperaturu: 22 °C — 27 °C intervalında, qışda isə 18 °C və −2 °C-dir. Bu kurortda demək olar ki, bütün qış idman növləri ilə məşğul olmaq mümkündür. Orta illik rütubət 75%-dir.
Kronstadt qalasının əsası 1211-ci ildə Tevton ordeni tərfindən qoyulmuşdur. İlk dəfə şəhər kimi 1251-ci ildə qeyd edilib. Orta əsr sənədlərində şəhər Brasco, Brasso, Stefanopolis, Kronstadt və Braşov adlanırdı.
Braşov — Transilvaniya saksonlarının əsas mədəni və tarixi mərkəzlərindən biridir. Coğrafi mövqeyinə görə və həmçinin Moldova və Valaxiya ilə ticarət əlaqələri səbəbindən şəhər Transilvaniyanın ən mühüm iqtisadi mərkəzlərindən biri olmuşdur.
1987-ci ildə Braşov sakinləri Çauşesku rejiminə qarşı çıxırlar. Bu hadisələr Braşov üsyanı kimi tarixə düşür.