Brabantlı Mariya (fr. Marie de Brabant; 13 may 1254[1], Leuven – 12 yanvar 1321[2][1], Myölan-an-İvelin[d], Sena-i-Uaza[d]) — Fransa kralı III Filippin ikinci xanımı, Fransa kraliçası.[3]
Brabantlı Mariya | |
---|---|
21 avqust 1274 – 5 oktyabr 1285 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 may 1254[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 yanvar 1321[2][1] (67 yaşında) |
Vəfat yeri |
|
Həyat yoldaşı | III Filipp |
Uşaqları |
Evolu Lüdovik Fransalı Blanş Fransalı Marqarita |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya 1254-cü ildə Brabant hersoqu III Henri və xanımı Burqundiyalı Adelyanın qızı olaraq Lövendə dünyaya gəldi. Həyatının ilk illəri ilə bağlı məlumat yoxdur. 21 avqust 1274-cü ildə dul qalmış Fransa kralı III Filipplə evləndirildi. O əsnada kralın ilk xanımı Araqonlu İzabelladan dünyaya gələn 3 oğlu vardı: Lüdovik, Filipp və Çarlz.
III Filipp, başda anası Marqarita olmaqla, ətrafına topladığı saray məmurlarının təsiri altında idi. 1276-cı ildə kralın böyük oğlu Lüdovik şübhəli şəkildə vəfat etdi və bu ölümün ardından Mariya təqsirləndirildi. Ancaq nəticədə kralın yaxın məmurlarından LaBros təqsirli görüldü və həbs edilərək edam olundu.
1285-ci ildə əri III Filipin ölümünün ardından Mariya öz siyasi nüfuzunu itirdi və geri qalan həyatını övladları Lüdovik, Blanş və Marqaritanı böyütməklə keçirdi. Fransa taxtına isə ögey oğlu IV Filipp çıxdı.
IV Filippin səltənəti boyunca yaşayan Mariya 1322-ci ildə vəfat etdi.