III Filip və ya Cəsur Filip (Fransızca: Philippe le Hardi; 3 aprel 1245 – 5 oktyabr 1285) — Fransa kralı.[2]
III Cəsur Filipp | |
---|---|
fr. Philippe III de France | |
25 avqust 1270 – 5 oktyabr 1285 | |
Əvvəlki | IX Lüdovik |
Sonrakı | IV Filip |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1245 |
Vəfat tarixi | 5 oktyabr 1285 (40 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | IX Lüdovik[1] |
Anası | Provanslı Marqarita (Fransa kraliçası)[1] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Kapetinqlər sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
III Filip təbiətcə mülayim və çəkingən idi və bu səbəblə iqtidarı boyunca qərarsızlıq nümayiş etdirdi. Belə ki, valideynlərinin güclü nüfuzu altında qalmış, atasının yeritdiyi daxili və xarici siyasəti eynilə davam etdirmişdir. Cəsur ləqəbini isə xarakteri və siyasi kimliyi səbəbilə deyil, döyüş meydanında göstərdiyi cəsarəti ilə qazanmışdır.[3]
Atası IX Lüdovik səkkizinci səlib yürüşü əsnasında Tunisdə vəfat etmiş, onu müşayiət edən Filip isə dərhal Fransaya yola düşərək 1271-cii ldə Reyms şəhərində taxta çıxmışdır.[4]
III Filip səltənəti ərzində bir çox önəmli torpaqları satın alaraq krallığın ərasini böyütdü. Bunlar arasında ən önəmlisi isə taxta çıxdığı il kral mülkiyyətinə birləşdirilən Tuluza əyaləti oldu. Siciliyadakı din xadimlərinin üsyanının ardından Siciliya kralı olan əmisi I Karl əleyhinə Araqon kralı III Pyotrun rəhbərliyində üsyan başlamış, bu üsyanı yatırmaq və əmisinə dəstək vermək məqsədilə III Filip Araqon üzərinə yeni bir xaçlı səfəri tərtibləmişdir. Ancaq bu səfər uğursuzluqla nəticələndi və III Filip dönüş yolunda 1285-ci ildə cənubi Fransada vəfat etdi. Ölüm səbəbi isə dizenteriya olaraq göstərilir.[5]