Fransalı Blanş (fr. Blanche de France; 1278[1], Paris – 1 mart 1305, Vyana) — Avstriya hersoqu və Bohemiya kralı I Rudolfun xanımı, Avstriya hersoqinası.[2]
Fransalı Blanş | |
---|---|
fr. Blanche de France | |
25 may 1300 – 1 mart 1305 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1278[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 1305 |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Filip (kral) |
Anası | Brabantlı Mariya (Fransa kraliçası) |
Həyat yoldaşı | I Rudolf |
Vikianbarda əlaqəli mediafayllar |
Blanş 1278-ci ildə Parisdə dünyaya gəldi. Atası Fransa kralı III Filipp, anası isə onun ikinci xanımı Brabantlı Mariyadır. Dörd uğursuz nişanlılığın ardından Blanş nəhayət beşinci nişanlısı ilə ailə həyatı qurdu. Onun ilk nişanı 1290-cı ilin sentyabrında Namur markizi I Conla baş tutsa da, qısa zaman sonra bu nişan pozuldu. Onun ikinci nişanlısı isə İngiltərə taxtının varisi Eduard oldu. 31 iyul 1291-ci ildə bağlanan sülh ilə cütlüyün nişanlanması qərarlaşdırılsa da, çox keçmədən varisin anası vəfat etdi. Dul qalan İngiltərə kralı I Eduard isə özünə yeni xanım axtarmağa başladı və oğlunun nişan mərasimini müvəqqəti olaraq təxirə saldı. Növbəti 2 il ərzində Blanş artıq yetkinlik yaşına çatmışdı ancaq I Eduard hələ də özünə uyğun bir xanım tapa bilməmişdi. Bu səbəblə, oğlu üçün nəzərdə tutduğu Blanşla bu dəfə özü nişanlanmaq istədi. 1293-cü ildə baş tutan nişan mərasiminin ardından, Blanşın başqa birisiylə nişanlandığı elan edildi və İngiltərə kralıyla onun yerinə kiçik bacısı Marqarita evləndirildi.
Blanşın dördüncü nişanı isə 1296-cı ildə Holland qrafının oğlu Con ilə baş tutsa da, bu da evliliklə nəticələnmədi.
Almaniya kralı I Albert 1295-ci ildə siyasi münasibətləri inkişaf etdirmək məqsədilə Fransa sarayına elçi göndərdi. Aparılan danışıqların ardından 25 may 1300-cü ildə Blanş kralın oğlu Rudolfla evləndirildi və Avstriya hersoqinası elan edildi. Cütlüyün 1304-cü ildə vaxtında erkən dünyaya gələn bir qız uşağı və bir neçə ay yaşayan oğul övladı dünyaya gəlsə də, heç bir övladı sağ qalmadı. 1 mart 1305-ci ildə abort əsnasında aparılan əməliyyat əsnasında vəfat etdi.