Lifli vaşinqtoniya (lat. Washingtonia filifera) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin vaşinqtoniya cinsinə aid bitki növü.
Lifli vaşinqtoniya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Lifli vaşinqtoniya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii şəraitdə ABŞ və Meksikanın cənub ştatlarında tropik ərazilərdə bitir.
Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14–45 sm, yaşıl rəngli, cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5–2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür. İlk yarpaqlar əvvəlcə açıq yaşıl rəngdə, sonradan tünd-yaşıl rəngdə olur. Bənövşəyı rəngli çiçəyi iri və ətirlidir. Çiçəkləri ikicinsli, qoltuq çiçək qruplarına yığılmışdır, çiçəklədikdən sonar onların yerində uzunluğu 15 mm-ə qədər, yeməli qara giləmeyvələr əmələ gəlir. Çiçəkləmə fazasına may-iyun aylarında başıayır. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsinin diametric 1–1,5 sm-dir, sarı rəngdədir. Toxumu xırda və dairəvi formadadır. Toxumla çoxaldılır.
İşıqsevəndir, ancaq düz günəş şüalarından qorunmalıdır. Yarpaq çürüntülü, çimli, torflu, qumlu torpaqlarda yaxşı bitir.
Abşeronda, cənub rayonlarda mədəni şəraitdə becərilir.
Yaşıllıqlarda tək və ya qrup əkinlərində istifadə edilir.