Brauner xulu

Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü.

Brauner xulu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Növ:
Brauner xulu
Beynəlxalq elmi adı

Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilərmolyusklarla qidalanırlar.

Erkəyin uzunluğu 7 sm, dişinin uzunluğu isə 5 sm olur. Kürüsü böyük və armud şəklindədir. Çox nadir hallarda müşahidə olunur və yalnız bir il yaşayır. İyul-avqust aylarında kürüləyir və təxminən 20-30 kürü tökür.[2]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Vətəgə əhəmiyyəti yoxdur.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. "Arxivlənmiş surət". 2021-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.