Bravo — Azərbaycanda yerləşən supermarketlər şəbəkəsi. Sahibi "Azərbaycan Supermarket" MMC-dir.[1]
Bravo Supermarket | |
---|---|
Bravo Supermarket | |
Ümumi məlumatlar | |
Tipi | Məhdud Məsuliyyətli Cəmiyyət |
Sənaye | pərakəndə |
Məhsulları | ərzaq və qeyri-ərzaq məhsulları |
Təsis tarixi | 2017 |
Baş qərargahın yeri | Bakı |
Struktur | |
İşçi sayı | 4000-dən çox |
Ana şirkət | Azərbaycan Supermarket MMC |
bravosupermarket.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Supermarketlər şəbəkəsi ilk dəfə 2017-ci ildə Bakının Nərimanov rayonunda yerləşən "Gənclik Mall" ticarət mərkəzində fəaliyyətə başlayıb.[2] 2020-ci ildən "Ticarət şəbəkələrinin inkişafı" İctimai Birliyinin üzvüdür.[3] Supermarket şəbəkəsindəki ərzaq məhsullarının 90 faizindən çoxu yerli məhsullardır.[4]
Hazırda Bravo Marketlər Şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəmkir, Yevlax, Tovuz, Lənkəran, Şamaxı, Göyçay və Şuşa şəhərlərində Hiper, Super, Market və kiçik formatlı market formatında 137-dən çox market ilə fəaliyyət göstərir.
KSM layihəsi çərçivəsində Bravo Marketlər Şəbəkəsinin uğurlu əməkdaşlıqlarından biri Asan Məktubla reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq "Bir qəlbi də sən isit", "Bayram Payı", "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib.
Belə ki, Bravo hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır. Müştərilər marketlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilirlər.
Bu günə qədər 1000-dən çox balaca fidanların arzuları gerçəkləşdirilib.
Bravo-nun keçirdiyi KSM layihələrdən biri də #PaylaşaraqSevindirək! şüarı altında satışa çıxarılan "Sevinc Payı" qutularıdır. Bu qutuların içində uşaqlar üçün şirniyyatlar, həmçinin hədiyyəli kuponlar olur. Layihənin əsas məqsədi hər qutudan gələn 1 AZN gəlirin xeyriyyə məqsədilə istifadə edilməsidir.
Sərfəli alış-verişə kömək edən Bravo "Pensiyaçı Kartı" məhsulları 10% endirim ilə əldə etməyə imkan yaradır. Bravo hipermarket, superstor və supermarketlərdə Müştəri Xidmətləri bölməsinə yaxınlaşaraq pensiya kartı və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə Bravo "Pensiyaçı Kartı" əldə etmək mümkündür.
Bundan başqa Umico, hədiyyə kartları da mövcuddur.[5]