Brent borosu (ing. London Borough of Brent) — Londonun 32 borosundan biri. Böyük Londonun şimal-qərbində yerləşir və sahəsi 43,24 km²-dir. 1965-ci ilədək London qraflığına daxil olmayan Kənar Londonun bir hissəsi olmuş, 1 aprel 1965-ci ildə yaradılmışdır. 2011-ci ilin məlumatına görə əhalisi 312 200 nəfər olmuşdur. Adını boronun ərazisindən keçən Brent çayından almışdır. Tarixi Middlseks qraflığının ərazisi olmuşdur[3].
London borosu | |
Brent borosu | |
---|---|
ing. London Borough of Brent | |
| |
51°33′58″ şm. e. 0°16′26″ q. u.HGYO |
|
Ölkə | Böyük Britaniya |
Daxildir | Böyük London |
Bələdiyyə şurasının rəhbəri | Məhəmməd Butt (Leyborist) |
Bələdiyyə başçısı | Kana Nahiratan (Leyborist) |
Parlamentə seçilmiş millət vəkilləri | Parlamentə seçilmiş millət vəkilləri |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 aprel 1965 |
Sahəsi | 43,24[1] km² (284-cü-ci yer) |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 312 200[2] nəfər (2011) (26-cı-ci yer) |
Əhalinin sıxlığı | 7 200 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | GB-BEN |
Telefon kodu | +44 20 |
Poçt indeksi | HA, NW, W |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Brent şimal-qərbdə Harrou, şimal-şərqdə Barnet, Hammersmit və Fulhem, cənubda Kensinqton və Çelsi, həmçinin Vestminster borosu ilə həmsərhəddir.
Barnet borosunun ərazisində məşhur Uembli stadionu yerləşir.
Boro 1965-ci ildə Uembli və Uillesden rayonlarının birləşdiriməsi hesabına yaradılmışdır[3].