Sezən Aksu (13 iyul 1954[1][2], Sarayköy, Dənizli vilayəti) — Türkiyə müğənnisi, bəstəkarı və söz yazarı.[3]
Sezən Aksu | |
---|---|
türk. Sezen Aksu | |
Ümumi məlumatlar | |
Doğum adı | Fatma Sezen Yıldırım |
Ləqəbləri | Sezen Aksu, Sezen Seley |
Doğum tarixi | 13 iyul 1954[1][2] (70 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, söz yazıçısı[d], mahnı yazarı[d], aktrisa, musiqi prodüseri, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1975-ci ildən |
Janr | pop musiqisi |
Albom şirkəti | Raks Müzik[d] |
sezenaksu.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ildə adı Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer alıb.[4] Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur.
Hər iki valideyni müəllim olan Aksu üç yaşında ailəsiylə İzmirə köçüb.[5] Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum"[5] demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi. İlk qırx beşliyini Sezən Seley adıyla nümayiş edən sənətçi bu Haydı Şansım adını verdiyi əsərini 1975-də nümayiş etdi. Ancaq albom yalnız əlli kopya satdı. Bunun ardından səksənlərin başına qədər davamlı yeni qırx beşliklərini çıxardı. İlk albomunu isə 1977-də Allahaısmarladık (Xudahafiz) adıyla nümayiş edən sənətçi albomdakı "Neçə il keçdi aradan" adlı mahnısıyla dövrə görə böyük bir addım atdı.
1978-də Hurşid Yenigünün iki mahnısına söz yazan Aksu dövrünə görə, musiqi sənətinə böyük səs gətirdi. 1978-də ikinci albomu Sərçəni nümayiş edən Aksu baş rolunu Bulud Arasla paylaşdığı bir Atıf Yılmaz filmi olan Kiçik Sərçədə oynadı. Sənətçi bu tarixdən sonra Kiçik Sərçə adıyla xatırlanmağa başlandı. Sənətçi daha sonra 10 iyul 1981də Sinan Özər ilə evləndi.[6] 1981-ci ildə Mithat Can Özəri dünyaya gətirdi. Sonrasında Şənər Şən, İlyas Salman, Ayşən Gruda kimi adlarla "Min İl Əvvəl, Min İl Sonra" adlı müzikalda rol aldı. Daha sonra 1989-da ikinci filmi olan "Böyük Təklik"i Yavuz Özkanın rejissorluğunda, Fərhan Şənsoyla baş rolu paylaşaraq çəkmişdir. 1991-də Türkiyə tarixinin ən çox satan albomlarından "Gülümsə"ni[7] nümayiş edən sənətçi doxsanlar musiqisində çox əhəmiyyətli bir yer etdiyi kimi Sərtab Ərənər, Harun Kolçak, Aşkın Nur Yengi, Levənt Yüksəl, Işın Karaca, Hande Yenər, Yıldız Tilbe kimi bir çox adı musiqi bazarına qazandırdı və bir çox əhəmiyyətli sənətçiyə dəstək oldu. Sənətçi son olaraq 2009-da "Gedirəm Düş Bağçalarında" adlı albomuna imzalamışdır. Albomdakı caz tonları da albomun xüsusiyyətləri arasındadır.