Bristol[1][2][3] (ing. Bristol Island) — yaşayışı olmayan, 9 x 10 km ölçüsündə olan, Bellinshauzen adası ilə Monteqyu adası arasında yerləşən ada. Cənubi Sandviç adaları qrupuna daxildir. İnzibsti cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarının ərazisidir. Digər adı Blanka adasıdır (isp. Isla Blanca).
Bristol adası | |
---|---|
ing. Bristol Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 46 km² |
Uzunluğu |
|
Eni | 9 km |
Hündür nöqtəsi | 1100 m |
Əhalisi |
|
Yerləşməsi | |
59°02′00″ c. e. 26°35′00″ q. u.HGYO | |
Ölkə | Cənubi Georgiya və Cənubi Sandviç adaları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada öz növbəsində bir stratovulkandır. Vulkanın hündürlüyü 1100 metr təşkil edir. Adanın üzəri buzla ördülüdür. Sahilləri sıldırımlı və yüksəkdir. Son püskürmə 11 yanvar 1956-cı ilə təsadüf edir. Püskürmə nəticəsində adanln üzəri küllə örtülmüşdür. Vulkanın püskürməsi Tule adasından müşahidə edilmişdir. Alimlərin məlumatında görə püskürmə güclü olmuş və alov 200–300 metr səmaya qalxmışdır. Vulkanın aktivliyi 48 saat çəkmişdir. Həmin ilin martında bölgəyə Protektor (ing. Protecor) gəmisi göndərilmişdir. Aktivlik hələ də davam edir. 31 dekabr 1935-ci ildə belə püskürmə olması deyilir
Ada ilk dəfə Ceyms Kuk tərəfindən 1775 ildə kəşf edilmiş və Avqust Hervi — 3 Bristol qrafı (ing. Augustus Hervey, 3rd Earl of Bristol). Ada haqqında dəqiq məlumatı Faddey Bellinshauzen tərəfindən verilmişdir. Adaya ilk yan alma 1908-ci ildə norveçli balina ovçusu Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir.