Cənubi Sandviç adaları

Cənubi Sendviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir.

Cənubi Sendviç adaları
ing. South Sandwich Islands
Ümumi məlumatlar
Adaların sayı 11
Ən böyük adası Monteqyo
Ümumi sahəsi 310 km²
Hündür nöqtəsi 1310 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
58°25′00″ c. e. 26°23′00″ q. u.HGYO
Ölkə Cənubi Georgiya və Cənubi Sendviç adaları
Akvatoriya
[[Fayl:|280px|Cənubi Sendviç adaları xəritədə]]
Cənubi Sendviç adaları
Cənubi Sendviç adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Arxipelaq 310 km² sahəyə malikdir. Çoxu vulkan məşəllidir. Monteqyo adası arxipelaqın ən böyük adasıdır. Adada arxipelaqın ən hündür nöqtəsi olan Belinda dağı (1372 m) yerləşir. Adalar dağlıqdır və il boyu buzlaqlarla örtülü olur (bir qismi). Arxipelaqın yazınlığından Cənubi Sandviç novu keçir. Arxipelaqın özü isə Cənubi Antil silsiləsinin bir hissəsidir.

Subntarktik qurşaqda yerləşir. Küləklər il boyu müşahidə edilir. Temperatur il boyu 0°-dən aşağı olur. Çiçəkli bitkilərə rast gəlinmir. Burada ancaq MamırŞibyələrə rast gəlinir. Daimi sakinləri quşlar (pinqvin) və suitilərdir.

Arxipelaqa daxil adaların siyahısı:

Cənubi Sandviç adaları
Ada (az.) Ada (en.) Sahə,
km²
Hündür nöqtə,
m
Koordinat
Traverse arxipelaqı (Traversay Islands)
1 Protektir Şol (Sualtı dağ) Protector Shoal -27 m (89 ft) 55°54′ c. e. 28°06′ q. u.HGYO
2 Zavadovski adası Zavodovski Island 25 km2 (9.7 kv. mil) Askinsiya dağı
550 m (1,800 ft)
56°18′ c. e. 27°34′ q. u.HGYO
3 Leskov adası Leskov Island 0.3 km2 (0.12 kv. mil) Radder-Poynt
190 m (620 ft)
56°40′ c. e. 28°08′ q. u.HGYO
4 Vısoki adası Visokoi Island 35 km2 (14 kv. mil) Hodson dağı
915 m (3,002 ft)
56°42′ c. e. 27°13′ q. u.HGYO
Keyndlmas adaları (Candlemas Islands)
5 Keyndlmas Candlemas Island
(Candelaria) (исп.)
14 km2 (5.4 kv. mil) Andromed dağı
550 m (1,800 ft)
57°05′ c. e. 26°39′ q. u.HGYO
6 Vindikeyşen Vindication Island
(Vindicación) (isp.)
5 km2 (1.9 kv. mil) Kuadrant
430 m (1,410 ft)
57°06′ c. e. 26°47′ q. u.HGYO
Mərkəzi adalar (Central islands)
7 Saunders adası Saunders Island 40 km2 (15 kv. mil) Maikl dağı
990 m (3,250 ft)
57°48′ c. e. 26°28′ q. u.HGYO
8 Monteqyo Montagu Island
(Jorge) (isp.)
110 km2 (42 kv. mil) Beinda dağı
1,370 m (4,490 ft)
58°25′ c. e. 26°23′ q. u.HGYO
9 Bristol adası Bristol Island
(Blanca) (isp.)
46 km2 (18 kv. mil) Darnli dağı
1,100 m (3,600 ft)
59°03′ c. e. 26°30′ q. u.HGYO
Cənubi Tule (Southern Thule)
10 Bellinshauzen adası Bellingshausen Island 1 km2 (0.39 kv. mil) Basilisk dağı
255 m (837 ft)
59°25′ c. e. 27°05′ q. u.HGYO
11 Kuk adası Cook Island 20 km2 (7.7 kv. mil) Harmer dağı
1,115 m (3,658 ft)
59°26′ c. e. 27°09′ q. u.HGYO
12 Tule Thule Island 14 km2 (5.4 kv. mil) Larsen dağı
710 m (2,330 ft)
59°27′ c. e. 27°18′ q. u.HGYO
13 Vysokaya Bank Vysokaya Bank 59°43′ c. e. 27°58′ q. u.HGYO
Bütün 310 km2 (120 kv. mil) Belinda
1,370 m (4,490 ft)

Arxipelaqın ilk dəfə kim tərəfindən kəşf olunması məlum deyildir. Arxipelaq haqqında ilk məlumatı Ceyms Kukun ekspedisiyası vermişdir. Onlar arxipelaqı Sandviç adlandırmışlar[1]. 1819-cu ildə adalar Mixail Petroviç LazarevFaddey Bellinshauzenin ekspedisiyası tərəfindən araşdırılır.

Daimi əhalisi yoxdur, yalnız yay ayları elmi məqsədlər üçün adada olurlar.

  • Tule adası geoloji cəhətdən Antarktidaya aid edilsədə bəzən Cənubi Amerikaya daxil edilir. Beləliklə ada öz bölgəsinin ən ucqar cənub nöqtəsini təşkil edir.