Broks zirvəsi (bolq. връх Брокс, ‘Vrah Brocks’ \'vr&h 'broks\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2300 m hündürlüklü qaya zirvəsidir. Zirvə Ahrida zirvəsindən 6.5 km qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir.[1]
Zirvə Bolqarıstanlı alpinist və mütəşəkkil turist hərəkatın pioneri adını daşıyan Helmut Broksun (1895-1969) adını daşıyır.
Broks zirvəsi 78°01′32″ c. e. 86°18′34″ q. u.HGYO koordinatlarında yerləşmişdir. Ahrida zirvəsindən 4.58 km qərbdə, Strahil zirvəsindən 7.7 km şimalda, Silyanov zirvəsindən 5.55 km şərqdə, Mursalitsa zirvəsindən 11.73 km şimalda, Dalrumpl dağı 10 km cənub-qərbdə yerləşmişdir. ABŞ xəritəsinə 1961-cı ildə daxil edilmişdir.