Brounov adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar rus meteoroloqu və arqometeoroloqu Pyotr Brounovun şərəfinə adlandırılmışdır[1]..
Brounov adaları | |
---|---|
rus. Острова Броунова | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3 |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
80°28′48″ şm. e. 58°12′22″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
Adalar arxipelaqın mərkəzində, Qalla adasından 1 km aralıda yerləşir. Ondan 8 km şimal-qərbdə isə Heys adası yerləşir.
Qrupa daxil olan adalar demək olar ki eyni izunluğa sahibdirlər. Adalar arasında məsafə 800 metrdir. Adalar buzla örtülüdür. Daşlıq sahələr vardır.