Bryus adası

Bryus adasıFrans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın qərbində yerləşir. Sahil xətti istisna olmaqla ərazisi buzla örtülüdür. Nortbruk adasından şimal-qərbdə yerləşir.

Bryus adası
rus. Остров Брюса
Ümumi məlumatlar
Sahəsi 191 km²
Hündür nöqtəsi 301 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°08′30″ şm. e. 49°57′27″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Bryus adası xəritədə
Bryus adası
Bryus adası

Ucqar qərb nöqtəsi Storojev burnu, cənub Erkin Jdanko burnudur. Cənub-şərqdə yerləşən Pineqin burnu dənizin içərisinə çox daxil olur. Uzunsov formaya malikdir. Uzunluğu 19 km, eni 10 km-dir. Sahil xəttinin uzunluğu 55 km-dir. Ərtazisinin 89 % buzla örtülüdür[1]. Adanım maksimal hündürlüyü 447 metr, sahəsi 145 km²-dir. Ada 1905-ci ildə ABŞ zabiti və fotoqrafı Antonio Fial tərəfindən kəşf edilmiş və amerikan araşdırmaçısı Adolf Qrilinin şərəfinə adlandırılır.

Yaxınlığında yerləşən adalar

[redaktə | mənbəni redaktə et]
  • Meybel adası — Byus adasından 4 km cənub-şərqdə yerləşir. Ondan Beyts boğazı ilə ayrılır.
  • Bell adası — Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır.
  • Uindvord adası — Arxipelaqın cənub-qərbində, Byus adasının cənub-şərqindən 1.5 km aralıda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Ada buzdan azaddır. Maksimal hündürlüyü 82 metrdir. 1899-cu ildə Federik Ceksonun ekspedisiyasında iştirak etmiş şxunun şərəfinə adlandırılmışdır.
  • Tom adası — Byus adasında yerləşən Pneqin burnundan 1.5 km şərqdə yerləşir. Aypara formasına malikdir. Uzunluğu 700 metrdir. Ada buzdan azaddır. Burada yüksəklik yoxdur.
  1. "Пермская арктическая группа "СЕВЕР"". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-17.