Buğakar piri

Buğakar piriZəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisində müsəlman ziyarətgahı. Azərbaycan memarlığı üslubunda inşa edilib.[1]

Buğakar piri
Buğakar piri
Şəhər Zəngəzur mahalı
Rayon Meğri rayonu
Yerləşir Buğakar kəndi
Üslubu Azərbaycan memarlığı üslubunda
Vəziyyəti Abidə ermənilər tərəfindən dağıdılmışdır

Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə "Buğakar ziyarətgahı" kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır.[2]

Buğakar kəndində qədim dövrlərdən azərbaycanlılar yaşamış, 1939-cu ildə isə kənd ermənilər tərəfindən ləğv edilərək əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmışdı. Bölgədəki azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.[3]

  1. Ələkbərli Əziz. Qərbi Azərbaycan abidələri. Bakı: “Nurlan” nəşriyyatı. 2007.
  2. Ələkbərli Əziz. Qədim Türk-Oğuz yurdu – “Ermənistan”. Bakı: “Sabah” nəşriyyatı. 1994.
  3. "Ermənistanda Azərbaycan mədəni irsinə qarşi vandalism". 2011-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.