Buğra Gülsoy

Behiç Buğra Gülsoy (22 fevral 1982, Ankara) — Türkiyə aktyoru.

Buğra Gülsoy
türk. Buğra Gülsoy
Digər adı Behiç Buğra Gülsoy
Doğum tarixi 22 fevral 1982(1982-02-22) (42 yaş)
Doğum yeri Ankara, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Həyat yoldaşları Burcu Qara (e. 2011, b. 2012)
Milliyyəti Türk
Təhsili Şərqi Aralıq Universiteti
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 2004 — h.h

22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı.[1]

İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün (türk. Hepimiz Birimiz İçin) adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm (türk. Güneşi Gördüm) filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı. Günəşi Gördümün ardından Atv-də yayımlanan Unudulmaz (türk. Unutulmaz) adlı serialda Tolqa obrazını canlandırdı. Rejissoru Dərviş Zaim olan və 2011-ci ildə nümayişə girmiş olan Kölgələr və Surətlər (türk. Gölgeler ve Suretler) adlı filmdə Əhməd adlı bir Türk gəncini canlandırmışdır. Kanal D-də yayımlanan Fatmagülün Günahı Nədir? (türk. Fatmagül'ün Suçu Ne?) serialında bir sezon ərzində Vural obrazını canlandırmışdır. Yenə Kanal D-də yayımlanan, Şimal Cənub (türk. Kuzey Güney) adlı serialda Kıvanç Tatlıtuğ ilə baş rolları bölüşmüş və bu serialda Günəy Təkinoğlu obrazını canlandırmışdır. Ardından TRT 1-də yayımlanan Köhnə Hekayə (türk. Eski Hikaye) serialında baş rolu, Mətə obrazını canlandırmışdır. FOX Tv-də yayımlanan Eşq Yenidən (türk. Aşk Yeniden) adlı serialda Fateh Şəkərcizadə rolunu canlandırıb və Özgə Özpirinçci ilə baş rolu bölüşüb.

Ankarada anadan olan aktyor İstanbulda yaşayır. Teatr həyatına dostları Sərhat Teoman, Fateh Sönməz və Əmrə Ərkan ilə birlikdə qurduğu Teatr Qutu (türk. Tiyatro Kutu) ilə davam etmişdir. Teatr Qutu-nun bağlanmasının ardından Sərhat Teoman və Əmrə Ərkan ilə birlikdə qurduqları, GET Yapım ilə kino və teatr işlərinə davam edir. Özü kimi serialfilm aktyoru olan Burcu Qara ilə 2011-ci ilin yay fəslində evlənmiş, 2012-ci ilin Avqust ayının 2-də boşanmışdır.[2]

İl Ad Obraz Notlar
2008 Hamımız Birimiz Üçün Nazim Aktyor
2009–2010 Unudulmaz Tolqa Aktyor
2010–2011 Fatmagülün Günahı Nədir? Vural Namlı Aktyor
2011–2013 Şimal Cənub Güney Təkinoğlu Aktyor
2013–2014 Köhnə Hekayə Mətə Aktyor
2014 Mənə Artıq Hicran De Sinan Aktyor
2015–2016 Eşq Yenidən Fateh Şəkərcizadə Aktyor
2018 Qızım Dəmir Göytürk Aktyor
İl Ad Rol Notlar
2004 Trio Qısametrajlı Film — Aktyor
2005 Heterotopiya Qısametrajlı Film — Rejirssor, Aktyor
2006 İnsan Üçləmə Qısametrajlı Film — Rejirssor, Aktyor
2007 Alt Üst Qısametrajlı Film — Rejirssor, Aktyor
2007 Nar Yarası Qısametrajlı Film — Aktyor
2007 Xoşbəxt Son Arda Qısametrajlı Film — Rejirssor, Aktyor
2009 Günəşi Gördüm Bərat Aktyor
2010 Kölgələr və Surətlər Əhməd Aktyor
2011 Gözəl Günlər Görəcəyik Cumali Aktyor
2016 Baldız Əhməd Aktyor
2016 Robinzon Kruzo Əhməd Səsləndirmə
2016 Məhəllə Əhməd Ssenarist, Rejissor
İl Mükafat Mərasimi Kateqoriya Layihə Nəticə
2014 4-cü Elle Stayl Mükafatları Elle Stayl İlin Kişi Aktyoru Namizədlik
2015 4-cü Kristal Siçan Media Mükafatları Ən Yaxşı Kişi Aktyor Eşq Yenidən Namizədlik
42-ci Panten Qızıl Kələbək Mükafatları Ən Yaxşı Kişi Komediya Aktyoru Namizədlik
Ən Çox Yaraşan Cütlük (Zeynəp və Fateh) Namizədlik
6-cı İMK Sosial Media Mükafatları Ən Yaxşı Kişi Aktyor Namizədlik
2016 23-cü İTÜ EMÖS Müvəffəqiyyət Mükafatları İlin Ən Müvəffəqiyyət Kişi Serial Aktyoru Namizədlik
7-ci KTÜ Media Mükafatları Ən Bəyənilən Kişi Aktyor Namizədlik
Eryetiş və Balkanlar Təhsil Təşkilatları Mavi Çinar Mükafatları İlin Ən Yaxşı Kişi Serial Aktyoru Qalib
Egey Universiteti 5-ci Media Mükafatları Ən Yaxşı Kişi Serial Aktyoru Namizədlik
MGD 22-ci Qızıl Obyektiv Mükafatları Ən Yaxşı Romantik və Komediya Serialı Kişi Aktyoru Qalib

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Bioqrafiya Arxivləşdirilib 2015-02-25 at the Wayback Machine. bugragulsoy.com
  2. Buğra Gülsoy Arxivləşdirilib 2014-10-13 at Archive.today. TurkishStarsDaily.com -dan