Budapeşt körpüləri

Budapeştin körpüləri — şəhərin nəqliyyat infrastrukturunun və populyar turizm məkanlarının vacib hissəsidir. Budapeşt daxilində Dunay çayı və onun qolları üzərində 15 körpü (11 avtomobil, 2 dəmir yolu və 2 qarışıq) var. On beş körpüdən yalnız altısı Seçenyi zəncir körpüsü, Erjebet körpüsü, Azadlıq körpüsü[1], Petyofi körpüsü, Rakosi körpüsü və Birləşdirici Dəmiryol körpüsü - Dunayın əsas hissəsindən keçir. Dunayın qolları boyunca dörd körpü qurulmuşdur: Obudski qolu (K körpüsü və Hayodari körpüsü) və Raskeve Dunay (Kvaşşai körpüsü və Qubaçi körpüsü). Qalan körpülər həm əsas, həm də qollardan keçir. M0 dairəvi yolu Dunayı Budapeştdə iki dəfə kəsir: şimalda Mederi körpüsü və cənubda Ferens Deak körpüsü ilə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Roma İmperiyası dövründə, II əsrdə Akvink şəhəri və Akvink hərbi düşərgəsini birləşdirən taxta bir körpü inşa edildi. Körpü mövcud Arpad körpüsündən bir az şimalda, Marqit adasının şimal ucunda yerləşirdi.

XVI əsrin ikinci yarısında, türk hakimiyyəti dövründə 70 gəmidən ibarət üzən bir körpü inşa edilir. Həmin körpü mövcud Miklos İbla Meydanının ərazisindəki Buda qalası ilə üzbəüz yerləşirdi. Körpüdən keçid pullu idi. İtalyan səyyahı Marko Antonio Piqafetta 1567-ci ilə aid səyahət qeydlərində bu körpü haqqında yazır. Övliya Çələbi və 60-cı illərdə ingilis səyyah Edvard Braun körpü haqqında məlumat verir. XVII əsrdə də körpü haqqında qeydlər vardır. 1686-cı ildə Buda mühasirəsi zamanı geri çəkilən türk qarnizonu tərəfindən körpü yandırıldı.

Türklərin üzən körpünün yıxılmasından sonra, Dunay sahilləri arasındakı rabitə çayın gücündən istifadə edərək bir bərə vasitəsi ilə həyata keçirildi. Bərə Vyana dülgəri Vilmos Moller tərəfindən qurulmuşdur.

1767-ci ildə Macarıstan qubernatoru təyin edilən Albertin gəlişi münasibətilə Dunay çayı üzərində körpü inşa edildi. Dondan əvvəl payızda körpü yığılır və yazda yenidən qurulurdu. Əvvəllər körpü İstvan Tyurra prospektində yerləşirdi. Körpü düz bir xəttdə olmayan, lakin Dunay'a qarşı tağlı bir arx şəklində qurulmuş 45–47 ölü plaşkoutdan (su səviyyəsindən asılı olaraq) ibarət idi. 1790-cı ildə körpü aşağıya doğru - müasir Deak Ferens küçəsi və Viqado Meydanının qarşısına aparıldı. Körpü 42 barjdan ibarət idi, körpünün eni təxminən 8,9 m idi. Üzən körpü daimi körpü açılanadək istifadə edildi və 1850-ci ildə söküldü.

19-cu əsrin ikinci yarısının əvvəllərində Dunay boyunca daimi körpülərin inşasına başlanıldı. 1840-1849-cu illərdə İştvan Seçeninin təşəbbüsü ilə Buda və Pesti birləşdirən ilk daimi körpü inşa edildi. 1898-1903-cü illərdə tikilmiş Erjebet zəncir körpüsü dünyada bu tip körpülər arasında ən böyüyü idi (orta məsafəsi 290 m-dir). 1876-cı ildə açılan Marqit Körpüsü Y hərfi şəklində plana malikdir. Çayı düz bir xəttlə keçmir, əksinə bucaqsız bir döngəyə malikdir. Marqit adasına bir filial bu əyilmədən çıxır. Körpünün dizaynı mühəndis E. Quinilə əməkdaşlıqda Qüstav Eyfel tərəfindən hazırlanmışdır. İkinci Dünya müharibəsinin əvvəlində iki dəmir yolu da daxil olmaqla 7 daimi körpü inşa edildi. 1944-1945-ci illərdə Dunay arasındakı bütün körpülər geri çəkilən vermaxt qoşunları tərəfindən dağıdıldı. Müharibədən sonra Erjebet körpüsü istisna olmaqla, demək olar ki, hamısı ilkin vəziyyətinə qaytarıldı. 1950-ci ildə Obuda və Uypeşt rayonlarını birləşdirən ən uzun Budapeşt körpülərindən biri olan (928 m) Arpad körpüsü açıldı. 1990-cı ildə Ferens Deak körpüsü (M0 halqa yolunun bir hissəsi) inşa edildi. 1995-ci ildə Birləşdirici Dəmiryol Körpüsünün yanında tikilən Rakosi körpüsü açıldı. 2008-ci ildə Medieri körpüsü (M0 dairə yolunun bir hissəsi) istiufadəyə verilir.

Dunay və onun qolları üzərində olan körpülər[redaktə | mənbəni redaktə et]

Dunay çayı və Budapeştdəki qollarından keçən mövcud körpülər (mənbədən mənsəbə qədər cədvəldə göstərilir):

Adı Uzunluğu, m Tikilmə bə bərpa
ili
Layihə Müasir vəziyyəti Şəkil
Mederi körpüsü
(Megyeri híd)
1861,35 2008 Unitef-Céh Kkt. avtomobil (2+2) piyada (2)
Şimal dəmiryolu körpüsü
(Újpesti vasúti híd)
673,4 1896, 1955, 2008 MSc Mérnöki Tervező és Tanácsadó Korlátolt Felelősségű Társaság dəmiryolu (1) piyada (2)
K-körpüsü
(K-híd)
98 1955 FŐMTERV avtomobil (1) piyada (2)
Hayodyari körpüsü
(Hajógyári híd)
55,2 1858, 1884, 1968 UVATERV avtomobil (2) piyada (2)
Arpad körpüsü
(Árpád híd)
928 1950, 1984 mühəndis Karoy Seçi, UVATERV avtomobil (3+3)
tramvay (2) piyada (2)
Marqit körpüsü
(Margit híd)[2]
607,6 1876, 1948, 2011 Ernest Quen avtomobil (2+2)
tramvay (2) piyada (2) velosiped
Zəncirli körpü
(Széchenyi lánchíd)
380 1849, 1915, 1949 Villiam Klark avtomobil (2) piyada (2)
Erjebet körpüsü
(Erzsébet híd)
380 1903, 1964 Pal Şavoy avtomobil (3+3) piyada (2)
Azadlıq körpüsü
(Szabadság híd)
333,6 1896, 1946, 2009 Yanoş Feketehazi avyomobil (1+1)
tramvay (2) piyada (2)
Petyofi körpüsü
(Petőfi híd)
514 1937, 1952 Pal Aldyai avtomobil (2+2)
tramvay (2) piyada (2)
Rakosi körpüsü
(Rákóczi híd)
494,8 1995 Tibor Şiqrai avtomobil (2+2)
tramvay (2) piyada (1) velosiped
Birləşdirici dəmiryolu körpüsü
(Összekötő vasúti híd)
477 1877, 1913, 1946, 1953 İmre Korani dəmiryolu (2)
Kvaşşai körpüsü
(Kvassay híd)
97,4 1927, 1951, 1997, 2006 Y. Diter, J. Had (avtomobil),
Şavoy Pal, M. Ritter (dəmiryolu)
avtomobil (2+2)
dəmiryolu (2) piyada (2)
Qubaçi körpüsü
(Gubacsi híd)
145,5 1924, 1947, 1997 avtomobil (2)
dəmiryolu (1) piyada (2) velosiped
Ferens Deak körpüsü
(Deák Ferenc híd)
770 1990 UVATERV
Siqrai Tibor
avtomobil (4+4) piyada (2)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Article on Infrastructural Investments". Official Webpage of the Local Government of Budapest. 2013-10-10 tarixində orijinalından arxivləşdirilib.
  2. "News on the reconstruction of Margaret Bridge". Official Webpage of the Local Government of Budapest. 2008-06-10.[daimi ölü keçid]