İştvan Seçeni

İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791[1], Vyana[3]8 aprel 1860[1][2], Döblinq[3]) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür.

İştvan Seçeni
mac. István Széchenyi
İctimai İşlər və Nəqliyyat naziri
23 mart 1848 – 3 sentyabr 1848
Əvvəlkiyaranıb
SonrakıLaslo Çani
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1791(1791-09-21)[1]
Doğum yeri
Vəfat tarixi 8 aprel 1860(1860-04-08)[1][2] (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partiya
Fəaliyyəti yazıçı, siyasətçi
Atası Ferenç Seçeni
Dini Roma-Katolik kilsəsi
Rütbəsi kapitan

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi [4].

Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi. Evdə həm alman həm macar dillərində danışıldığından o alman dilini öyrənmişdi. Xüsusi təhsil aldıqdan sonra Avstriya ordusuna qoşulmuş və Napaleon müharibələrinin iştirakçısı olmuşdu. Orduya qoşulduğu zaman onun 17 yaşı varidi. 16 il imperiya ordusunda zabit olan Seçeni bir çox döyüşlərdə iştirak etdi və medallar aldı. 1826-cı ildə isə ordudan ayrıldı.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Orduda olduğu illərdə, xüsusilə də 1815-1821-ci illər ərzində Seçeni bütün Avropanı, Fransa, İngiltərə, İtaliya, YunanistanLevantı gəzmiş, bu ölkələrdəki islahatlarla yaxından tanış olmuşdu. Macarıstana qayıdarkən Seçeni başa düşdü ki, ölkədə iqtisadi və ictimai şərait olduqca zəifdir. Bu səbəblə Macarıstanda iqtisadi və mdədni inkişafı təmin edə biləcək qurum və təşkilatların yaradılması üçün fəaliyyətə başladı. İlk əvvəl ölkədə atçılıq və at yarışlarının inkişaf etidrilməsini qarşısına məqsəd qoydu. Onun ikinci əhəmiyyətli təşəbbüsü isə Macarıstan Elmlər Akademiyasının yaradıması oldu. Macar parlamentində 1825-ci ildə söylədiyi nitqdə Macarıstanda elmin inkişafı üçün önəmli bir çağırış etdi. Bu məqsədlə bir illik gəlirini bu iş üçün bağışlayan Seçeninin təşəbbüsü nəticəsində 1827-ci ildə Macarıstan Elmlər Akademiyası yaradıldı.

Seçeninin Macarıstan Elmlər Akademiyasının yaradılması ilə bağlı çıxışı

Bundan başqa Seçeni  Dunay çayı üzərində gəmi və qayıqların rahat hərəkət edə bilməsi üçün çay yataqlarının tənzimlənməsi layihəsini irəli sürdü. O, 1830-ci ildə mövcud vəziyyəti görmək üçün Dunay çayı üzərindən paroxodla İstanbula qədər səyahət etmişdir. Bunun ardından çay yataqlarının tənzimlənməsi layihəsi fəaliyyətə başlamış və on il ərzində çay yataqlarının gəmiçiliyə uyğun hala gətirilməsi ilə nəticələnmişdir. Dunayın fəaliyyətinin bir hissəsi kimi də Budapeştdə ilk daimi körpü sayılan Zəncirli Körpü və onun davamı olaraq da Budun təpəsi altındakı tunel də məhz Seçeni tərəfindən inşa etdirilmişdir.

İqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirən Seçeni Ticarət Bankının yaradılması təşəbbüsünü irəli sürmüş və məqsədinə nail olmuşdu. Bu fəaliyyətiin ilkin mərhələsini olaraq məşhur kitabı “Hitel”-i (Kredit, 1830) nəşr etdirmişdir. Bir sonra yayımlanan "Vilag" (Dünya) kitabında isə layihən barədə ətraflı məlumat vermişdir.

1848-ci il inqilabında rolu

[redaktə | mənbəni redaktə et]

Seçeni 1848-1849 ildə baş verən Macar İstiqlal Müharibəsi dövründə beş ay  “Macar Müstəqilliyi” hökumətində nəqliyyat naziri kimi fəaliyyət göstərmişdir. Buna baxmayaraq həmin dövrün bir digər mühüm dövlət xadimi Layoş Koşutun fikirlərinə bir çox nöqtədə qatılmırdı[5]. Müharibə prosesinin onun on illərdir çalışıb yaratdığı dəyərləri yox edəcəyini düşündürdü və bu müharibədə Macar millətinin məğlubiyyətindən qorxurdu. Seçeninin qayğıları o qədər güclü idi ki, ağlını itirmə təhlükəsi baş göstərmişdi. Nəticədə 1848-ci ilin payızında həkiminin məsləhətilə ruhi xəstəxanaya yerləşdi. Məğlubiyyətin ardından qorxuları daha da artan Seçeni buna baxmayaraq məqalə yazmağa davam edirdi. 1859-ci ildə nəşr olunan "Ein Blick" başlıqlı satirik məqaləsində Avstriyanın Macarıstan üzərində qurduğu təzyiq rejiminə istehza edirdi. 1960-cı ildə polislər Seçeninin evində axtarış etdilər və bir sıra sənədlər müsadirə edildi.

  • Hitel (Kredit, 1830)
  • Világ, (Dünya, 1831)
  • Stádium (Stadion, 1833)
  • Önismeret
  • Ein Blick (Bir baxış)
  • Siyasi və iqtisadi məsələlərə dair yazdığı və alman dilinə tərcümə edilən bir sıra məqalələr
  • 1884-1896-cı illərdə, Macarıstan Elmlər Akademiyası tərəfindən Seçeninin yazıları 9 cilddə nəşr etdirilmişdir.

Depressiyadan əziyyət çəkən Seçeni 1860-cı ilin aprel ayının 8-də başından atəş açaraq 68 yaşında intihar etdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Wurzbach D. C. v. Széchenyi, Stephan (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 41. S. 251.
  3. 1 2 3 4 Сеченьи Иштван // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. "Széchenyi, István, Count". omikk.bme.hu. 30 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2016.
  5. Mihály Lackó: Széchenyi és Kossuth vitája, Gondolat, 1977.