Buddist böhranı

Buddist böhranı (vyet. Biến cố Phật giáo) — 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) siyasi və dini gərginlik dövrü.[1]

Buddist böhranı
Yeri

Böhrana 8 may 1963-cü ildə Hyue şəhərinin mərkəzində buddist bayrağının qadağan edilməsinə etiraz edən 9 mülki şəxsin qətlə yetirilməsi səbəb olmuşdu.

Böhran 1963-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Bu, Vyetnam Respublikası hökumətinin bir sıra repressiv hərəkətləri və əsasən buddist rahiblərin rəhbərlik etdiyi vətəndaş müqaviməti kampaniyası ilə xarakterizə olunmuşdur.[2]

Sayqonda 11 iyun 1963-cü ildə Hyuedən olan buddist rahibi Thit Kuanq Dık Nqo Din Zyem rejimi tərəfindən buddistlərə edilən repressiyaya etiraz olaraq ictimai formada özünü yandırmışdır.

1963-cü ilin noyabrında Vyetnam Respublikası Ordusu dövlət çevrilişi həyata keçirmiş, nəticədə prezident Nqo Din Zyem həbs edilmiş və öldürülmüşdür. Beləliklə, böhran sona çatmışdır.

  1. "Центральная научная библиотека". 2012-09-15 tarixində arxivləşdirilib.
  2. Адам Робертс. Buddhism and Politics in South Vietnam // The World Today . 21. № 6. Лондон: Royal Institute of International Affairs. июнь 1965. 240—50. — анализ причины буддистского кризиса и его значения как примера ненасильственного сопротивления.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]