Hyue şəhərində buddist nümayişlərinin dağıdılması — 8 may 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) minlərlə buddistin Hyue şəhərində din azadlığı tələbi ilə nümayiş keçirdiyi hadisələr.
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması | |
---|---|
Tarix | 8 may 1963 |
Vikianbarda əlaqəli mediafayllar |
Nümayiş Vesak bayramına təsadüf etmişdir. Burada dindarlar Roma Katolik kilsəsi tərəfindən buddistlərə qarşı diskriminasiyaya, buddist bayraqlarının asılmasına, dini ayin və mərasimlərin yerinə yetirilməsinə qadağalara etiraz etmişdilər. Nümayişlər zamanı camaata atəş açılmış və bir neçə qumbara atılmışdır. Nəticədə 9 dinc sakin həlak olmuşdur.
Nqo Din Zyem hökuməti hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. Onlar hadisəni Vyetkonqun üzərinə atmış və bu, əksər buddistlər arasında artan narazılığa səbəb olmuşdur.
Sonradan yaranan gərginlik Vyetnam Respublikasında buddist böhranı adlanan hadisələr və genişmiqyaslı itaətsizlik aksiyaları ilə nəticələnmişdir. 1 noyabr 1963-cü ildə hərbi çevriliş baş vermiş, nəticədə prezident Nqo Din Zyem öldürülmüşdür.