Buduq və buduqlular — tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyevin Buduq və buduqlular haqqında yazdığı kitab.
Buduq və buduqlular | |
---|---|
Müəllif | Vaqif Buduqlu-Piriyev |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 1994 |
Nəşriyyat | Sabah |
Səhifə | 140 |
ISBN | ISBN 5-86106-026-6 |
1994-cü ildə "Tural" kooperativinin sədri Mirxudam (Xudu) Mirbalaş oğlu Bəhrəmovun vəsaiti hesabına Bakıda "Sabah" nəşriyyatında çap olunmuşdur. Kitabın redaktorları t.e.n. Aydın Səlimzadə və h.e.n. Zavər Qafarovdur. 140 səhifədən ibarətdir.
Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən biri – Quba rayonunun Buduq kəndi və onun sakinləri barədə elmi araşdırmalar öz əksini tapmışdır. Burada Buduq kəndinin tarixi, buduqluların etnik mənsubiyyətləri, bu günü və keçmişi, buduq dilinin öyrənilməsi səviyyəsi, Buduğa aid tarixi sənədlər və materiallar, maraqlı və ibrətamiz söhbətlər, rəvayətlər verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.