Vaqif Buduqlu və ya əsl adı ilə Vaqif Ziyəddin oğlu Piriyev (13 sentyabr 1938, Buduq, Quba rayonu – 25 avqust 2010, Bağbanlı, Quba rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi.
Vaqif Buduqlu | |
---|---|
Vaqif Ziyəddin oğlu Piriyev | |
Doğum tarixi | 13 sentyabr 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 25 avqust 2010 (71 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA |
Təhsili | |
Mükafatları | |
Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: "07.00.02 – Vətən tarixi".
2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[1]. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir.[2] "The Cambridge History of Turkey" əsərində ona istinad edilmişdir.[3] 25 avqust 2010-cu ildə vəfat etmişdir.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur. Son illərində əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və "Naxçıvan Ensiklopediyası" üçün 40-a qədər məqələ yazmışdır. Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olur.