Aydın Səlimzadə

Aydın Səlimzadə (2 iyul 1953, İsmayıllı rayonu1995, Hacıhətəmli, İsmayıllı rayonu) — Azərbaycan etnoqrafı; tarixçi alim, şair, yazıçı-publisist; "Elm və həyat" jurnalının baş redaktoru (1993–1995)[1]

Aydın Səlimzadə
Doğum tarixi 2 iyul 1953(1953-07-02)
Doğum yeri
Vəfat tarixi 1995
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları oğlu: Ayaz
qızı: Aygün
Milliyyəti azərbaycanlı (haputlu)
Təhsili

Etnik mənsubiyyəti haputlu olan Aydın Səlimzadə 2 iyul 1953-cü ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşdur.

Əmək fəaliyyətinə lap gənc yaşlarından başlamışdı.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində qiyabi təhsil aldığına görə, universiteti bitirənə qədər doğulduğu İsmayıllı rayonunda fəhləlikdən müəllimliyə kimi bir təcrübə məktəbi keçmişdir.

1979-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunda işləmişdir.

Tarix İnstitutunun aspiranturasına qəbul olunandan sonra, Moskvada Etnoqrafiya İnstitutunda təcrübə keçmiş və 1986-cı ildə Minsk şəhərində "Sumqayıt şəhəri əhalisinin formalaşması və millətlərarası mədəni-məişət əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.

1989–1992-ci illərdə AEA-nın "Elm" qəzetinin baş redaktoru olmuş, 1992–1993-cü illərdə isə Azərbaycan Elmlər Akademiyası prezidentinin mətbuat və informasiya üzrə müavini vəzifəsində çalışmışdır.

1993-cü ilin sentyabr ayında "Elm və həyat" jurnalının baş redaktoru təyin olunmuşdur.

1995-ci ildə — 42 yaşında vəfat etmişdir.

Oğlu Ayaz hüquqşünas, qızı Aygün isə həkimdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk məqalə və şeirlərini tələbəlik illərində çap etdirmişdi.

İlk əvvəl "Ədəbiyyat və incəsənət" qəzetində"Azərbaycan" jurnalında ədəbi işçi vəzifəsində çalışmışdı.

2 kitabı nəşr olunmuş, yüzlərlə məqaləsi dərc edilmişdir.

  • "Palıd vüqarı" (Azərbaycan uzunömürlüləri haqqında düşüncələr). Ön söz: İ. İsmayılzadə. Bakı, Azərnəşr, 1983, 48 səhifə, şəkilli; tiraj: 13000.
  • "Su səmtinə axar" (Oçerklər). Ön söz: İ. İsmayılzadə. Bakı, Yazıçı, 1986, 128 səhifə, şəkilli; tiraj: 10000.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.[2][3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]