Bugula orientalis

Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.

Şərq dirçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır.[2]

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir. Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir, torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında, ovalıqdan subalp qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Otlu yamaclarda, çəmənlərdə, meşə və kolluqlarda, əkinlərdə alaq kimi, sahələrdə, bağ və bostanlarda rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Bugula orientalis (L.) Mill.
  • Bulga orientalis (L.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ajuga orientalis subsp. aenesia (Heldr.) Pithos & Damboldt
  • Ajuga orientalis var. aenesia Heldr.
  • Ajuga orientalis var. condensata Boiss.
  • Ajuga orientalis var. oblongifolia K.Koch
  • Ajuga orientalis var. orthosiphon K.Koch
  • Bugula obliqua Moench
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 561.
  2. Şərq dirçəyi:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)