"Bulgaria Air" (bolq. България Ер, ing. Bulgaria Air) — Bolqarıstan dövlətinə aid olan aviaşirkət. Aviaşirkət Sofiya Beynəlxalq hava limanında bazalanmışdır. Şirkət Himimport Inc sahibidir. 2008-ci ildə şirkət 118 543 sərnişin daşımışdır. Dövriyyəsi 434 mln lev, ümumi gəliri isə 470 000 lev təşkil etmişdir.
Bulgaria Air | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 2002 | |||
Donanma ölçüsü | 24 | |||
Təyinat məntəqələri | 27 (19 ölkə) | |||
Qərargahı | Bolqarıstan, Sofiya | |||
Saytı | air.bg | |||
Vikianbarda əlaqəli mediafayllar |
"Bulgaria Air" Bolqarıstan bazarında əsas hava daşıyıcısı hesab edilir. Ölkənin milli aviadaşıyıcısıdır. Şirkətin aviaparkında 17 təyyarə vardır ki, onlarda dünyanın 19 ölkəsinin 27 şəhərinə uçuşlar təşkil edir. Bulgaria Air 20 noyabr 2008-ci ildə beynəlxalq hava nəqliyyatı assosasiyasının üzvüdür.
Aviaşirkət Bolqarıstan Nəqliyyat və Kommunikasiya Nazirliyinin 2002-ci il noyabr ayında verdiyi qərarla təsis edilmişdir. Şirkətin sələfi bundan bir qədər öncə müflis olmuş Balkan Aviaşirkəti olmuşdur. İlk uçuş 4 dekabr 2002-ci ildə baş tutmuşdur. Şirkətin adı və emblemi keçirilən müsabiqə nəticəsində müəyyən edilmişdir[1].
Aviaşirkətin ilkin ümumi kapitalı 30 160 000 Lev təşkil etmişdir. Bu kapital 30 160 səhmə bölünmüşdür. Dövlət 2006-cı ildə 30 159 səhmi 13 mln levə satmalı olmuşdur. Bu isə onun səhmlərinin 4 ilə 47 % azalmasına səbəb olmuşdur. Şirkətin yenilənməsi müsaniqəsində yerli şirkətlər qalib qəlir. Onlar arasında ən irisi "Xemus Air"[2] idi. Onun əsas rəqibi isə italyan şirkəti olan Air One[3] olmuşdur. Xemus Air şirkəti 6,6 mln avroya satın almışdır. Üstəlik şirkətə gələcək beş il ərzində 86 mln avro investisiya qoymağı üxərinə hötürür[4]. Plan olaraq 15 yeni təyyarənin alınması bildirilmişdir. Bununla da uçuş xətlərinin genişləndirilməsi mümkün olacaqdır.
"Xemus Air" və "Bulgaria Air" birgə Sofiya-Berlin istiqamətində birgə uçuşlar gerçəkləşdirəcəklər. Bu anlaşmanın gələcəkdə imzalanması gözlənilir.[5]
Bulgaria Air ortaqları: KLM, Air France, Brussels Airlines, Czech Airlines, El Al, LOT Polish Airlines, Malev Hungarian Airlines, Virgin Atlantic, Austrian Airlines, Alitalia, Air One və Aeroflot.
Bulgaria Air aid donanma aşağıdakı təyyarələrdən ibarətdir (2010 il):