Bulteryer

Bulteryer — it cinsi.[1]

Bulteryer
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

19-cu əsrin ortalarında Böyük Britaniyada buldoqlar və ağ ingilis teryerləri əsasında yaradılmışdır. İlk standartı 1887-ci ildə qəbul olunmuşdur.[1]

İt döyüşdürülməsində və öküz gəmişdirtməsində istifadə edilir.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aydın görünən qalın əzələli, cəld və güclü itdir. Bulteryerin bədən quruluşu ölçüsünə və cinsinə müvafiq maksimum möhkəm olmalıdır. Cidov hündürlüyü 40–45 sm, kütləsi təqribən 25 kq-dır (cırtdan Burtelyerin müvafiq olaraq – 35,5 sm-ədək və 8 kq-adək). Başı yumurtavarı, çənəsi iri və güclüdür. Xırda, üçbucaq şəkilli gözləri dərində yerləşir. Tükü qısadır. Rəngi , pələngxallı, üçrəngli, kürəndir; rəngli variantları, adətən, ağ ləkəli olur. Burtelyer cəsarətli və temperamentlidir; ağrıya həssaslığı azdır. Bacarıqla və ciddi tərbiyə olunmalıdır.[1]

  1. 1 2 3 4 Bulteryer// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]