Bulud Qasımov

Bulud Əliş oğlu Qasımov (1 iyul 1947, Nərimankənd, Gədəbəy rayonu) — yazıçıkarikaturaçı rəssam, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü (2006)[1]

Bulud Qasımov
Doğum tarixi 1 iyul 1947(1947-07-01) (76 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam, yazıçı, jurnalist
Təhsili
Janr karikatur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. 1966-cı ildə Nərimankənd orta məktəbini, 1968-ci ildə isə Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirmişdir. 1968–1970-ci illərdə Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət etmişdir.

1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışdır. 1978-ci ildən "Sovet kəndi" qəzetində çalışmağa başlamışdır.[2]

1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında fəal çalışmağa başlayıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmişdir.[3]

Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləmişdir.

2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləmişdir.[4] "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.

Bulud Qasımov Azərbaycan dövrü mətbuatında o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışmışdır.[5][6]

2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.[7]

Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib.[8]

Bulud Qasımov Türkiyədə keçirilən "Aydın Doğan Uluslararası Karikatür Yarışması"nda hər il iştirak edir və əsərləri orada sərgilənir.[9]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Bulud Qasımovun atasının adı Əliş, anasının adı Qızxanımdır. 3 oğlu, 2 qızı var.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Rəssam Bulud Qasımov — Məni tanıyanlar. Bakı, "Dünya nəşriyyatı", 1998. 48 səh. 1000 tiraj.
  2. Bulud Əlişoğlu. "Şəhid yuxusu", Bakı, "Adiloğlu", 2007. 120 səh. 500 tiraj.
  3. Bulud Əlişoğlu. "İmana inam" (bir ömrün salnaməsi), Bakı, "Qismət", 2012. 112 səh.

Haqqında deyilənlər[redaktə | mənbəni redaktə et]

Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir. Tofiq Mahmud, şair

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mədəniyyət xadimləri: Bulud Qasımov" (az.). mct.gov.az. 2007. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  2. "Mədəniyyət" qəzeti, 1997-ci il.
  3. Bayram Hacızadə, "Azərbaycanın karikaturaçı rəssamları", Bakı, "Çaşıoğlu", 2001. səh.92
  4. Bayram Hacızadə, "Müasir Azərbaycan karikaturası", Bakı, "Şərq-Qərb", 2007. səh.60
  5. "Jurnalist" qəzeti, 1986-cı il.
  6. "Femida" qəzeti, 1997-ci il.
  7. "Karikaturaçılar: Bulud Qasımov (1947)" (az.). azerbaijans.com. 2011. 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-13.
  8. FECONEWS MAGAZINE, № 44. səh.5
  9. "Bulud ELISOGLU QASIMOV GALERİSİ" (türk). sanalmuze.aydindoganvakfi.org.tr. 2009. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]