Bulud niyə ağlayır? qısametrajlı cizgi filmi rejissor Məsud Pənahi tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir.
Bulud niyə ağlayır? | |
---|---|
Fayl:Bulud niyə ağlayır? (film, 1973).jpg | |
Janr |
qısametrajlı cizgi dram |
Rejissor | Məsud Pənahi |
Ssenari müəllifi | Məsud Pənahi |
Operator | Aleksandr Milov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssamlar |
Məsud Pənahi Firəngiz Qurbanova |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1973 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 10 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1973 |
Texniki məlumatlar |
1 hissə 274,4 metr |
Rəng | rəngli |
Bu filmin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsviri həlli klassik şərq miniatürünə əsaslanır.[1]
Qədim əfsanədə quraqlıq nəticəsində cadar-cadar olmuş torpağa yenidən həyat verməklə insanların köməyinə gələn bulud-qız haqqında bəhs edilir.[1]
1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında filmə I mükafat verilmişdir.[1]