Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Buludlarda optik hadisələr — Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr-göy qurşağı, halo, taclar, buludların qloriya və irizasiyası və s. meydana gəlir.
Bu böyük bir rəngarəng qövs olan bir hadisədir .Onun xarici hissəsi qırmızı rəngə boyanıb və 42° radiusa malikdir.Daxili hissəsi bənövşəyidir.Onlar ara sında dalğa uzunluğa müvafiq olaraq narıncı,sarı, yaşıl, mavi və göy rəng yerləşir.Əsas göy qurşağının xarici tərəfində tez–tez rəngləri əksinə yerləşən ikinci göy qurşağıda müşahidə olunur.Dağlarda və ya uçuş hündürlüklərindən müşahidələrdə bəzən göy qurşağını demək olar ki,tam dairə şəklində müşahidə etmək mümkün olur.Göy qurşağı günəşin qarşı tərəfində bulud olduqda və yağış düşdükdə meydana gəlir.Onun yaranması günəş işığı yağış damcılarından keçən zaman onun ayrı–ayrı şüalara parçalanması ilə əlaqədardır.Göy qurşağında rənglərin inkişafının intevsivliyi və eləcə də müvafiq zolaqların eni müxtəlif olurlar və su damcılarının ölçülərindən asılıdır.Damcıların ölçülməsi nə qədər böyükdürsə bir o qədər göy qurşağı parlaq və dardır.Əksinə, damcıların ölçüləri nə qədər böyükdürsə,bir o qədər göy qurşağı çox geniş və tutqundur. Göy qurşağı adətən elə yağışda müşahidə edilir ki,orada damcılar bərabər və bir-birini əvəz etməklə işıq təəssüratını yeniləşdirməklə düşür.Parlaq göy qurşaqları olduqca tez-tez topa-yağış buludlarından düşən iri damcılı leysan yağışlarında müşahidə edilir .Göy qurşağı nəinki düz günəş şüalarından, həmçinin əks olunan şüalardan da meydana gələ bilər.Bu hallarda bir neçə göy qurşağı qövsünü müşahidə etmək olar. Həm də onların bəziləri qeyri-adi tərsinə alt-üst görünür.Bu cür hadisələri dəniz,körfəzlərin, böyük çayların və göllərin sahilində müşahidə etmək olar.Çox zəif göy qurşağını bəzən gecə yağışdan sonra bulud arxasından ay göründükdə də müşahidə etmək olar.[1]
Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür.Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir.Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.Çox vaxt halo 22° ən azı isə 45°radiuslu işıqlı dairə adətən ayrı-ayrı qövslər şəklində müşahidə edilir.[2]
Günəş və ya ay tez-tez taclar adı daşıyan parlaq üzüklərlə əhatə olunur.Onıar bilavasitə işıq mənbəyinin diskinə bitişirlər və daxildəki göydən xaricindəki qırmızıya qədər bir-birini əvəz edən rəngli dairələr şəklində təqdim edirlər.Taclar nazik yüksək topa buludlarla müşahidə olunur və buludların su damcıları və ya çox kiçik kristallar tərəfindən işığın difraksiyası tərəfindən meydana gəlir.Difraksiyanın mahiyyəti isə ondan ibarətdir ki, işıq kiçik kristallar tərəfindən işığın difraksiyası nəticəsində meydana gəlirlər.
Hər hansı bir obyektin kölgə ətrafında bulud silsilələrində tacdır.Bu hadisə xüsusilə, çox vaxt laylı-topa və ya laylı buludların üzərində uçan təyyarənin kölgəsi ətrafında müşahidə olunur.Bu halda qloriyanın olması həmişə onu göstərir ki, buludlar su damcılarından ibarətdir və əgər buludlarda temperatur mənfidirsə, onda buludda təyyarənin buz bağlamasını gözləmək olar.Həm də parlaq dairə buludlarda çox kiçik soyumuş dalğaların olduğunu göstərir.Ona görə də buzlaşma zəif intensivlik ola bilər.[3]
Yüksək-topa və ya laylı-topa buludlar günəşdən 30°və daha böyük məsafədə olduqda onların kənarlarında əlvan rənglərdə özünü göstərir.Bu hadisə bulud elementlərinin çox kiçik və bircinsli olduğunu göstərir.[1]