Bulunc

Bulunc - türk xalq inancında və xalq mədəniyyətində vicdan anlayışını qarşılayan bir sözdür. Lakin mifoloji bir anlayış olaraq eyni zamanda ruhlarla ünsiyyətə keçməyi də ehtiva etdiyi üçün vicdandan daha fərqli bir məzmuna malikdir.

Tərif və Məna[redaktə | mənbəni redaktə et]

İnsanı davranışlarını araşdırmağa məcbur edən, öz əxlaq anlayışını sorğulamasını və özünü mühakimə etməsini təmin edən daxili gücdür. İnsanın özündə doğuşdan var olan, daha sonra da təhsil, ictimai həyat ilə formalandırılan daxili hiss müddətləriylə doğrunu və səhvi tapa biləcəyi mənası daşıyır. Bəzən daxili bir məhkəmə olaraq da qəbul edilir. Bütün mədəniyyətlərdə vicdana, insanın Yaradıcıya açılan qapısı olaraq baxılır. Doğru olanı tapmaq üçün əslində başqa bir şeyə ehtiyac yoxdur. İnsan tək başına belə vicdan sayəsində pislikdən kaçınabilir. Yeterki onun səsini dinləsin. Türk mifoloji anlayışında "Bulunç" bir səs kimi insana "eyitir/ayıtır" (danışar).[1] Bu səbəblə "Duyunç " adı da verilir. Bu duyma (eşitmə) xeyirli ruhlarla ünsiyyətin bir nəticəsi olduğunun düşünülmesiyle də əlaqəlidir. Bu mənada Duyunç (vicdan) və Ötüğ (dua) əslində iki istiqamətli bir işləyişə malikdir. Duyunç içdən gələn səsi dinləmək, Ötüğ isə Tanrıya yalvarmaqtır. Bəzi bölgələrdə vicdan üçün Uyat/Oyat təbiri də istifadə edilər. Bir çox din və inanc sistemində vicdana böyük əhəmiyyət verilməsi onun ilahi ünsiyyətə və ya kainata açılan bir ünsür olaraq qəbul edilməsi səbəbiylədir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

  • Bulunç: (Bul) kökündən, "Bulmaq" (tapmaq) hərəkətindən törəmişdir. Köhnə altayca və monqolcada qazmaq mənası kökün içində mövcuddur.
  • Duyunç: (Duy) kökündən törəmişdir. "Duymaq" (eşitmək, hiss etmək) mənalarını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine  (türk.)

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]