Buluqqin ibn Ziri

Əbülfütuh Yusif Buluqqin ibn Ziri bin Mənad əs-Sanhaci (v. may 984) — İfrikiyyədə hökm sürən Zirilər (Sanhacə) dövlətinin qurucusu və ilk hökmdarı.

Buluqqin ibn Ziri
972 – 984
Şəxsi məlumatlar
Vəfat tarixi may 984
Fəaliyyəti rəhbər, qubernator
Uşaqları
Ailəsi Zirilər sülaləsi

Bərbəri əsilli Sanhacə qəbilənə mənsub olan Buluqqinin atası və babası də nüfuz və etibar sahibi şəxslərdi. Fatımi xəlifəsi Mənsur tərəfindən Məğrib valiliyinə təyin edilən Ziri, Səid ibn Yusifun Cəbəliavrasda üsyanı üzərinə oğlu Buluqqini böyük bir ordu ilə onun üzərinə göndərdi. Bəqayə yaxınlarında baş verən savaşda məğlub olan Səid ibn Yusif çox sayda adamıyla birlikdə öldürüldü. Bu zəfər Buluqqinin xəlifə nəzdindəki etibarını artırdı və 960-cı ildə yəni qurulan Cəzayir, Miliana və Mədşa şəhərlərinin idarəsi ona verildi. Buluqqin 968-ci ildə Xəlifə Muiz-Lidinillaha ita¬ətdən ayrılan Zənatəli Məhəmməd ibn Hüseynin üzərinə yürüyüb onu da məğlub etdi. Haüfə buna çox sevindi; çünki Mıisirə getdiyi təqdirdə ölkəsinin istila edil¬məsindən qorxurdu. Buluqqinin bu bacarığı onun əndişəsini aradan apardı. Atası Zirinin Məsilə və Zab şəhərlərinin asi valisi Cəfər ibn Əli bin Həmdun ilə apardığı savaşda öldürülməsinə görə dərhal hərəkətə keçən Buluqqin, Zənatəyə mənsub bir çox şəxsi öldürərək atasının intiqamını aldı (971). Xəlifə Muiz də Məsilə və çevrəsini Buluqqinin iqtalarına əlavə edərək onu Əbülfütuh Yusif Seyfüddövlə ləqəbiylə, Trablus və Sicilya xaric, mərkəzi Kayrəvan olmaqla, İfrikıyyə və Məğrib valiliyinə təyin etdi (20 Zilhiccə 361/2 oktyabr 972).

Buluqqin 973-cü ildə Məğribi hakimiyyəti altına almaqla hərəkətə keçdi. 974-cü ildə Kütamə Bərbərilərini məğlub edib itaət altına aldı. 977–978-ci illərdə Trab¬lus, Sürt və Əcdabiyəni zəbt etdi və Yəhya ibn Xəlifəni oraya vəkil təyin etdi. Məğrib-i Əqsa xalqının Fatımilərə üsyan edib xütbəni Əndülüs Əməviləri adına oxutdması üzərinə hərəkətə keçən Buluqqin, 979–984-cü illər arasında apardığı səfərlər sonunda Mərakeş və Sicilmasəni ələ keçirib bölgədə xütbəni təkrar Fatımilər adına oxutdu. Məhəmməd ibn Əmir əl-Miknasiyi Mərakeşə vali təyin edən Buluqqin, daha sonra peyğəmbərlik iddiasında olan asi Bərqavata qəbilə rəisi Abs ibn Ümmül-Ənsarinin üzərinə yürüdü və onu məğlub edib şəhərə girdi, hər tərəfi yaxıb yıxdı, Mağravə əmirini öldürtdü. Zənatəlilər Səbtəyə qaçaraq Əndülüs Əməvilərinin vəziri Mənsur ibn Əbu Əmirdən yardım istədilər. Buluqqin onları Səbtədə mühasirə etdiysə də, nəticə əldə edə bilmədi. Ardından Yəhya ibn Əli bin Həmdunun hakimiyətində olan və Məğribin ən gözəl şəhərlərindən biri olan Bəsrənı ələ keçirdi. İbn Haznunun Sicilmasəni işğal etdiyini xəbər alınca həmən yola çıxdı, fəqət yolda qulunc xəstəliyinə yaxalandı və 25 may 984-cü ildə Sicilmasə ilə Tləmsən arasında Varaklan deylən yerdə öldü. Yerinə oğlu Mənsur keçdi.