Zirilər sülaləsi— 972—1163-ci illərdə və Əlcəzair ərazisində iqtidarda olmuş bərbəri xanədanı.
Sanhacənin ən önəmli qəbilələrindən olan Zirilər, İfrikiyə ilə Məğrib-i Övsat arasında yerləşmişdir. Adını Ziri ibn Mənaddan alan Zirilərin biri X əsrdə Şimali Afrikada, digəri XI əsrin əvvəlində Əndülüsdə dövlət quran iki qolu vardır.
Şimali Afrika Ziriləri (972-1148). Şimali Afrikada qurulan ilk böyük Bərbəri xanədanıdır. Xanədanın qurucusu Buluqqin b. Zirinin atası Ziri b. Mənad bölgədə Ağləbilərin xidmətində olmuş bir ailədən gəlməkdəydi və özü də Fatimilərin xidmətində çalışırdı. Zirinin mənsub olduğu Sanhacə qəbiləsiylə Bərbərilərin digər önəmli qolu Zənatə qədimdən bəri bir-birinə düşmandır. Bölgənin nəzarətini əlində tutmaq istəyən Fatımilər bundan faydalanaraq, qərbdə Zənatə ilə mücadələlərində sınır güvənliğini sağlamaq amacıyla Ziri b. Mənaddan 940-cı ildə Əşirdə bir şəhər qurmasını istədilər. Buranı məmur bir şəhər halına gətirən Ziri, Fatımi paytaxtı Məhdiyəyi ələ keçirən Əbu Yəzid ən-Nükkari öncülüyündəki Xarici üsyanına qarşı yürüdülən mücadilədə 500 nəfərlik bir Sanhacə qüvvəsiylə Fatımi xəlifəsi Mansur-Billahın yanında yer aldı (945), bu xidmətinin qarşılığında ona şahanə xələt verildi. Fatımi xidmətində çalışan oğlu Buluqqin, Məğrib-i Övsatda Fatımilər üçün təhlükəli duruma gələn Məhəmməd ibn Hazər əl-Mağravi ilə mücadilə etməklə vəzifələndirildi. Buluqqin şiddətli keçən savaşın sonunda rəqibinə üstünlük qazandı. Bu uğuru üzərinə Fatımi xəlifəsi Muiz-Lidinillah, Buluqqini Məğrib valiliyinə təyin ədərək Kayrəvana yərləşdirdi (972) və dövlətin idarə mərkəzini Misirə köçürərək bölgədən ayrıldı [1]. Bu tarixdən etibarən Zirilər şəklən Fatımilərə bağlı qalsalar da feilən müstəqil hərəkət etdilər.
Buluqqin b. Zirinin Trablus, Surt (Sirtə) və Əcdabiyənin ona verilməsi istəyi də qəbul edildi. 978-ci ildə Trablus və Siciliya dışındaki İfrikıyə və Məğrib valilikləri Buluqqinə buraxıldı. Eyni illərdə Əndülüs Əməviləri bölgədə nüfuzunu artırmağa çalışırdı. 979-cu ildə Zənatə hökmdarı olan Ziri b. Atıyyə, Əndülüs Əməviləri adına bölgədə biət almaya başladı. Dolayısıyla Zirilərin Zənatə ilə mücadiləsi Fatimilər ilə Əndülüs Əməvilərini birbaşa ilgiləndirirdi. Bu səbəblə xəlifə Muiz, Zirilərin daha artıq xidmət etməsini şərait yaratmaq üçün Zənatədən alınacaq torpaqları Buluqqinin idarəsinə buraxacağını vəd etdi. Buluqqin b. Zirinin 368-373 (979-984) illərində Zənatəyə qarşı düzənlədiyi səfərlər bunun bir sonucudur. Zənatəni məğlub edən Buluqqin, Fas və Sicilmasəni ələ keçirdi. Dönüş yolunda öldüyündə (984) yerinə keçən oğlu Mənsur b. Buluqqin (ö. 996) müstəqil bir hökmdar kimi hərəkət etməyə başladı. 985-ci ildə ordusunu Sanhacə ilə Zənatə arasında sürəkli əl dəyiştirən Fas və Sicilmasəyə göndərdi, fəqət uğurlu ola bilmədi.
Mənsurdan sonra hökmdar olan oğlu Badisin səltənətini sağlamlaşdırmağa çalışdığı sırada Zənatəlilər, Ziri b. Atıyyə liderliyində Sanhacə topraklarına saldırdı. Badis, böyük əmisi Hammad b. Buluqqini Ziri b. Atıyyə ilə mücadilə üçün vəzifələndirdi və zəbt edəcəyi torpaqları onun idarəsinə buraxacağını vəd etdi. Fəqət Badis ilə əmisi arasındakı anlaşmazlıq bu sırada onları qarşı-qarşıya gətirdi. Badis qarşısında məğlubiyyətə uğrayan Hammad gəri çəkilmək məcburiyyətində qalsa da Zənatə üzərinə gedərək Məğrib-i Övsatdəki başarılı mücadələnin sonunda İfrikıyənin şərq bölgəsində Həmmadilər adıyla bağımsız bir dövlət qurdu (1015). Beləcə Ziri ibn Mənad soyundan ikinci bir xanədan ortaya çıxmış oldu. Badis ibn Mansur (1016) ilində Həmmadilərin mərkəzi Kalatü-Bəni Həmmadın mühasirəsi əsnasında öldü. Yerinə keçən oğlu Muiz dövründə (1016-1062) Zirilər, Şimali Afrikadaki ən güclü dönəmlərini yaşadılar. Fatımi xəlifələri Hakim-Biəmrillah və Zahir əl-Fatımi, Muizzə elçi heyətləriylə xələt və çeşidli hədiyələr yollayıb “Şərəfüddəvlə, Şərəfüddəvlə və Adudüha” ləqəblərini verdilər. 1029-cu ildən etibarən Zirilər əski rəqibləri Zənatə qarşısında önəmli başarılar əldə etdilər və bölgədəki hakimiyətlərini pəkiştirdilər. Ötə yandan Zirilər donanma inşa edərək Siciliya üzərinə səfərlər düzənlədilər. 1025-ci ildə Normanların Sicilyada müsəlmanlara aid bəzi yerləri alması üzərinə Muiz həmən 400 parçalık bir donanma təşkil etdi. Ancaq Ziri donanması Siciliyaya gedərkən Kavsara adasına (Pantəlləria) yaxinlaşdığı sırada fırtınaya tutuldu və böyük itki verdi. 1026-1035-ci illər arasında Ziri donanması Adriyatikdə və Egəydə Bizans sahillərinə hücum etdi.
Muiz b. Badisin xütbəni Fatımi xəlifəsi yerinə Abbasi xəlifəsi Qaim-Biəmrillah adına oxutmağa başlaması və zərb etdirdiyi sikkələrdən Fatımi halifəsinin adını çıkartması Zirilərin düşüşünün başlangıcı oldu (1049 və ya 1051). Fatımi xəlifəsi Müstansır-Billah, Muizzi cəzalandırmaq üçün ərəblərdən Bəni Hilal və Bəni Süləym qəbilələrini Şimali Afrikaya köç etdirdi. Beləcə bir tərəfdən Zirilərdən intiqam alarkənŞ digər tərəfdən nəzarət altında tutulması çətin olan bu qəbilələrdən gələ biləcək zərərləri bərtaraf etməyi bacardı. 14 aprel 1052-ci ildə Kābis ilə Kayrəvan arasındakı Haydəranda meydana gələn savaşda Muiz ağır bir məğlubiyyətə uğradı. Kayrəvanın Hilalilər tərəfindən mühasirəsi üzərinə də 1057-ci ildə buradan ayrılıb oğlu Təmimin valilik etdiyi sahildəki Məhdiyəyə getdi. Ardından Kayrəvan bədəvi ərəblər tərəfindənn yağmalandı və sahil şəridi xaric ölkənin tamamı Bəni Hilalin əlinə keçdi. İbn Xaldun, çəyirtgə sürülərinə bənzətdiyi bu qəbilənin istila hərəkətinin yıxıcı təsirlərinə diqqət çəkir [2].
Təmim b. Muiz dönəmində (1062-1108) Bəni Hilalin istilası Ziriləri Susə və Kābis arasındakı sahil şəridinə həbs etdi. Ziri donanmasının axınlarına misilləmə olaraq 1087-ci ildə Cənəviz-Piza müttəfiq donanması Məhdiyə və Zəviləyi işğal etdi. Təmim bu hücumu durdurmaq üçün 100.000 (və ya 30.000, 80.000) dinar ödəmək məcburiyyətində qaldı. Bu dönəmin önəmli olaylarından biri də 1091-ci ildı Normanların Siciliya adasını ələ keçirib İslam hakimiyətinə son vermələridir. Təmimdən sonra oğlu Yəhya güclü bir donanma inşa edib Cənova və Sardiniya üzərinə çox sayda hücumlar etdi. Onun ölümündən sonra oğlu Əlinin Murabıt hökmdarı Əli ibn Yusifin Siciliyaya düzənlədiyi səfərə dəstək verməsi Zirilər ilə Siciliya kralı II Rocer arasındakı münasibətləri pozdu. 1122-ci ildə Murabıtlara aid kiçik bir flot Killəvriyədəki (Calabria) Nikutrayı (Nicotəra) ələ keçirdi. Bu hərəkətin arxasında Zirilərin olduğunu düşünən II Rocer, ertəsi il Zirilərin əlindəki Dimas qalasına hücum edib, buradakı müsəlmanları öldürdü. Əli ibn Yəhyanın ardından hükümdarlığa gələn Həsən ibn Əli (1121-1148) Məhdiyə divarlarını tikdirdi. II Rocerin basqını bölgədəki Hilali ərəblərin güclü müdafiəsi qarşısında nəticə vermədi. Zirilər, II Rocerin 1136-cı il və ya 1137-ci ildə Cərbəyi ələ keçirməsini də əngəlləyə bilmədilər.
II Rocer, Zirilərin dənizdən hücumlara davam etmələri üzərinə Ziri torpaqlarına qurudan hücum etməyə qərar verdi. Quraqlıq və qıtlıqla keçən bir neçə ilin sonunda Zirilərin daha da zəiflədikləri bir dönəmdə hazırlıklara başladı. 1148-ci ildə Norman donanmasının mühasirə etdiyi paytaxt Məhdiyə bir müddət sonra təslim oldu, beləcə Şimali Afrikada Zirilər dönəmi nəhayətə çatdı. Zirilərin son əmiri Əbülhəsən əl-Həsən ibn Əli, Məhdiyədən ayrılıb Həmmadi hökmdarı əmisi oğlu Yəhya ibn Əzizə sığındı. Ardından Mərakeşi ələ keçirib Murabıtlar dövlətinə son verən Muvahhid hökmdarı Əbdülmömin əl-Kumiyə qatıldı (1152).
Əbülhəsən əl-Həsən ibn Əli Mərakeşdə Muvahhid hökmdarını Məhdiyəyi Normanlardan geri alması üçün təşviq edirdi. 21 yanvar 1160-cı il tarixində Məhdiyə geri alınınca şəhərə bir Muvahhid valisi yerləşdirildi, Həsən ibn Əlinin də Zəvilədə oturmasına izin verildi. Burada səkkiz il qalan Həsən ibn Əlini Muvahhid hökmdarı Yusif ibn Əbdülmömin Mərakeşə çağırdı. Ancaq Həsən, Mərakeş yolunda 1167-ci ildə öldü.
Kazzaz, Rakīk əl-Kayrəvani, Əbu İmran əl-Fasi, Məkki b. Əbu Talib, Məhdəvi, İbn Rəşiķ əl-Kayrəvani, İbn Şərəf əl-Kayrəvani, Mücaşii, Ali b. Abdülgani əl-Husri və Abdülaziz b. Şəddad dönəmin tanınmış ədib, tarixçi, şair və alimləri arasındadır.
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |