Bunquran

Bunquran adaları (Natuna; ind. Kepulauan Natuna) — Cənubi Çin dənizində, İndoneziyaya məxsus olan ada. İndoneziyanın ən şimal arxipelaqlarından biridir. Sahəsi 1300 km²-dir. Əhalisi 100 000 nəfəre təşkil edir. Əhalisinin əksəriyyəti müsəlmandır[1].

Bunquran adaları
ind. Kepulauan Natuna
Ümumi məlumatlar
Adaların sayı 272
Ümumi sahəsi 1300 km²
Əhalisi 100.000 nəfər (2008-ci il)
Yerləşməsi
4°00′00″ şm. e. 108°15′00″ ş. u.HGYO
Ölkə  İndoneziya
Akvatoriya
Bunquran adaları xəritədə
Bunquran adaları
Bunquran adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxipelaqa daxil olan adalar: Bunquran-Besar, Subi-Besar, Laut, Serasan, Miday. Adalar qranittdən təşkil olunmuşdur. Bunquran-besar adasının mərkəzində 959 m hündürlüyü olan zirvə yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində 2000 mm yağıntı düşür. Rütubətli, həmişəyaşıl tropik meşələrlə örtülüdür. Adalarda kokos palması, çəltik, qarğıdalı əkilir.

İnzibati cəhətdən İndoneziyanın Kepulapuan vilayəti, Natuna dairəsinə daxildir.