Buq, Qərbi Buq (pol. Bug ukr. Західний Буг, Zakhidnyy Buh, belar. Захо́дні Буг, Zakhodni Buh; rus. Западный Буг, Zapadnyy Bug), tarixi Azərbaycandilli mənbələrdə Ağsu çayı[1] - Polşa, Ukrayna və Belarus ərazilərində çay (xeyli hissəsi sərhəd xətti boyu uzanır). Visla çayının sağ qolu. Uz. 831 km, hövzəsinin sah. 73,5 min km2 . Podol yüksəkliyindən başlanır. Əsasən, Mazovets-Podlyas ovalığı ilə axır. Qar və yağış suları ilə qidalanır.Yazda gursuludur, tez-tez daşqınlar olur.Ortaillik su sərfi mənsəbində 332 m³/san-dir. Dekabrın axırından martın ikinci yarısınadək buzla örtülü olur. Əsas qol ları:Muxavets, Narev. Dnepr-Buq kanalı və digər çaylar Buqu Dnepr çayı, Avqust kanalı isə Neman çay sistemləri ilə birləşdirir. Ağac axıdılır. Mənsəbindən 315 km məsafədə gəmiçiliyə yararlıdır. Çervonoqrad (Ukrayna) və Brest (Belarus) şəhərləri Buqun sahilindədir.[2]
Buq | |
---|---|
ukr. Західний Буг, belar. Захо́дні Буг, pol. Bug | |
Ölkə | Polşa |
Uzunluğu | 831 km |
Su sərfi | 110 m³/s |
Hövzəsinin sahəsi | 73,5 min |
Vikianbarda əlaqəli mediafayllar |