Buqanda — Uqanda daxilində Bantu krallığı. Baqanda krallığı, Buqanda Uqandanın paytaxtı Kampala da daxil olmaqla, Buqandanın Mərkəzi Bölgəsini əhatə edən müasir Şərqi Afrikadakı ənənəvi krallıqların ən böyüyüdür. 14 milyonluq Baqanda (tək Muqanda; tez-tez sadəcə kök söz və sifət olan Qanda adlandırılır) Uqanda əhalisinin təxminən 26,6%-ni təmsil edən ən böyük Uqanda bölgəsini təşkil edir.[1]
Buqanda | |||
---|---|---|---|
|
|||
0°19′57″ şm. e. 32°25′15″ ş. u.HGYO | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1420 | ||
Ləğv olunub | 1966 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 1.200 ± 1 m | ||
Vikianbarda əlaqəli mediafayllar |
XIII əsrdə Şərqi Afrikada (Uqanda), Viktoriya gölünün şimal-qərb sahilində Yaranmış Buqanda dövləti XIX əsrin ortalarında çiçəklənmə dövrünü yaşayırdı. Bu dövrdə Buqanda Unyoqo və Ankole dövlətlərini özünə tabe etmişdir. Əhalisi, başlıca olaraq, əkinçiliklə məşğul olurdu. Sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Buqanda dövlətinin ictimai həyatında kahinlər mühüm yer tuturdu. Buqanda hakimi(kabaka) həm də ali hərbi rəis, ali hakim və kahin hesab olunurdu. Bütün torpaqlar onun sərəncamında idi. 1890-cı ildə Buqanda dövləti İngiltərənin müstəmləkələrinə daxil edildi, 1900-cü ildən bu dövlət Uqanda protektoratının əyalətinə çevrildi. 1962-ci ildə Uqanda istiqlaliyyət qazandıqdan sonra Buqandaya müəyyən muxtariyyət verildi. 1967-ci ildə seperatçıların qiyamı yatırıldıqdan sonra Buqanda unitar Uqandanın vilayətinə çevrildi. Uqandanın 1995-ci ildə qəbul edilmiş yeni konstitusiyasına əsasən Buqanda vilayətində irsi ali hakim institutu ləğv edildi.