Burğaç

Qısaldılmış tiyəli burğac

Burğacçilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir.

İlk dəfə burğacın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğacların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər.

Burğac dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaclardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin. İş zamanı tilin yeyilməsinin qarşısını almaq üçün o çox zaman yeyilməyə davamlı materiallardan düzəldilir.

Xaç formalı tilə malik burğac

Burğacların tili vintlərin başlarına uyğun olaraq hazırlanırlar. yarıqlı vintlər üzün düz tilli, kəsişən yarıqlı vintlər üzün xaçfırmalı tilə malik burğaclar mövcuddurlar. Phillips firması iki müxtəlif burucu növü işləmişdir: Phillips — xaçformalı yarığa mlik burğaclar üçündür. Hal-hazırda köhnəlsə də elektronikada geniş tətbiq olunur, çünki az yer tutur. Pozidriv — Phillips başlığının təkmilləşdirilmiş formasıdır. Yarıq çox dərin olduğundan yalnız başlığı böyük olan burğaclarda tətbiq olunur. Altıüzlü yarıqlı- böyük fırlanma momenti əldə etməyə imkan verir. Torks (Torx) böyük fırlanma momenti tətbiq etməyə imkan verir. Maşınqayırmada geniş tətbiq olunur.

  • ISO 2380-1 Vintlər üçün burğaclar - Hissə 1: Əll maşınla işlədilən burğaclar