Burişaskilər, burişlər, burişklər, buruşolar, buruşasklar, verşiklər, kuncutlar[1]) - Kəşmirin Pakistanın nəzarətində olan şimal ərazilərində (Gilgit rayonu) yaşayan xalq.[2][3], həmçinin 300 nəfərə yaxın burişaski Hindistanın şimal-qərbində yaşayırlar, onlar bu əraziyə XIX əsrin sonlarında gəlmişlər.
Avstraliyanın Makkyoru universitetinin linqivistləri tərəfindən aparılmış son tədqiqatlara əsasən Burişaskilər Hind-Avropa mənşəlidirlər, bu tədqiqatlar Burişaskilərin özlərini Makedoniyalı İskəndərin nəslindən olduqları barədə mülahizələrinin həqiqətə yaxın olduğunu dolayısı yolla da olsa, təsdiq edir. Burişaskilərin yaşadıqları ərzilərdəki çaylar və göllərin sularında yod çatışmazlığı problemi olduğundan burada zob xəstəliyinə tutulanların sayı qonşu bölgələrə nisbətən daha çoxdur.
Burişaskilər Xunza, Naqar, Yasin və Gilgit dağlıq vilayətlərində məskunlaşmışlar. Burişlərin bir qismi şəhərlərdə (Gilgit və s.) yaşayır. Sayları 90 min nəfərdir (2012)[4]. 1931-ci ildə burişaski dilində danışanların sayı 20 min nəfərə yaxın idi (verşik dilində danışanların sayı 7,5 min nəfər idi). Hazırda burişaski dilində 50 min nəfərə yaxın adam danışır. Təcrid olunmuş buruşaski dilində danışırlar, bu dil üç dialektdən ibarətdir:hunza, naqar və yasin dialektləri. Yasin dialekti hunza və naqar dialektlərindən əsaslı şəkildə fərqlənir. Burişaskilərin dili yazısı olmayan dildir və elm aləminə 1877-ci ildən məlumdur. Burişaskilərin dili indiyədək məlum olan heç bir dil ailəsinə məlum deyildir. Tədqiqatçılar tərəfindən burişaski dilinin müxtəlif dil ailələri ilə əlaqələndirilməsinə dəfələrlə cəhdlər göstərilsə də, linqivistlərin əksəriyyəti tərəfindən qəbul edilməmişdir. Burişaskilər arasında urdi dili də [5] yayılmışdır (əsasən, qadınlar arasında). Dindarları müsəlmandır, (ismaililər) ənənəvi dini inamlarını da qoruyub saxlayırlar.
Linqvistik məlumatlara görə, Burişaskilərin əcdadları Pamir daxil olmaqla daha geniş ərazilərdə yaşayırdılar.
Burişlərin əsas məşğuliyyətləri kənd təsərrüfatı ilə bağlıdır, terraslı əkinçilik (mürəkkəb suvarma sistemi inkişaf etmişdir) və köçəri maldarlıq mühüm yer tutur. Meyvə (xüsusilə ərik) becərilməsi yayılmışdır, ovçuluq (əsasən dağ keçisi) qalmaqdadır.
Burişaskilər igid döyüşçülər və quldurlar kimi də tanınmışlar, keçmiş zamanlarda onlar ticarət karvanlarını mühafizə edirdilər. Burişaskilərin etnoqrafik xüsusiyyətləri bir çox cəhətdən Pamir xalqlarının etnoqrafik xüsusiyyətlərinə yaxındır: böyük aliə üçün ocağı olan daş evlər, əmək alətləri, məişət əşyaları, geyimləri, yeməkləri (məsələn, çaya süd və duz qatılması), mərasimləri. İslamaqədərki inanclar, (Yer ilahəsinin, Heyvanların ağasının kultları və sair) şamanizm qalmaqdadır, gələcəkdən xəbər verən qadınlar da var. Folklorları zəngindir.
It's spoken by about 90,000 people, the Burusho people, and nearly all of them live in Pakistan. A few hundred live in India.