Burnonit

Burnonit (fransız mineraloqu J.L.Burnonun soyadından) — mürəkkəb sulfidlər qrupundan mineral, PbCuSbS3..[2]

Burnonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CuPbSbS₃
Strunz təsnifatı II/D.04a[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romb sinqoniyasında kristallaşır. Qısa prizmatik və ya sütunvarı kristallar əmələ gətirir. Adətən, dənəvər aqreqatlar yaradır. Təkərvarı, yaxud xaçşəkilli ikiləşmələr səciyyəvidir. Rəngi poladı-bozdan dəmiri-qarayadək dəyişir. Metal parıltılıdır. Sərtliyi 2,5–3, sıxlığı təqr. 5840 kq/m3. Kövrəkdir. Dielektrikdir. Hidrotermal yataqlarda qalenit, pirit, xalkopirit, sfalerit, falers filizləri, bulanjerit və külçə qızılla assosiasiyada olur. Yüksək konsentrasiyalarda qurğuşun, mis, sürmə filizidir; digər filiz mineralları ilə birlikdə çıxarılır. Rusiya Federasiyasında, Ukraynada, Çexiyada, Almaniyada, həmçinin ABŞ-də, AvstraliyadaCənubi Amerikanın bir sıra ölkəsində yataqları var.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]