Buta — İlahi vergi, İlahi pay.
Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi xüsusi bir məzmun kəsb edir. Haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunur və rəmzi-məcazi içki, badə vasitəsilə reallaşır.[1]
Mənim ağam Şahi-Mərdan Əlidi,
Hökm eyləsə düşmən bağrın əridi,
Abbas deyər, yarım adı Pəridi,
Ana, Mövlam mənə buta veribdi.
(Abbas Tufarqanlı)