Məhərrəm Paşa oğlu Qasımlı (5 avqust 1958, Alakol, Tovuz rayonu) — Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair.
Məhərrəm Qasımlı | |||
---|---|---|---|
Vəzifədədir | |||
3 mart 2016-cı ildən | |||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | 5 avqust 1958 (66 yaş) | ||
Doğum yeri | |||
Təhsili | |||
Fəaliyyəti | alim | ||
Elmi fəaliyyəti | |||
Elm sahəsi | folklorşünaslıq | ||
Elmi dərəcəsi | filologiya elmləri doktoru | ||
Elmi adı | professor | ||
İş yeri |
AMEA Ədəbiyyat İnstitutu Azərbaycan Aşıqlar Birliyi |
||
Tanınır | ədəbiyyatşünas, folklorşünas, şair | ||
|
|||
Təltifləri |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.(1975–1980) AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olmuşdur. Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.[2] 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Elmi fəaliyyətlə yanaşı təhsil sistemində də fəaliyyət göstərən prof. M. Qasımlı Azərbaycanın bir çox nüfuzlu universitetlərində də çalışmışdır. 1998–2015-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində elmi şuranın üzvü, 2004–2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında tədris proqramlarının üzvü olmuşdur. Bundan başqa Lənkəran Dövlət Universitetində (1998–2007), 1994–2022-ci illərdə isə Azərbaycan Universitetində müqavilə ilə işləmişdir. 2016-cı ildən Azərbaycan Respublikasının Dövlət Mükafatları Komissiyasının üzvüdür.1996-cı ildən AYB-nin üzvü olmuşdur. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi olmuş, 2016-cı ildə Birliyinin sədri seçilmişdir. 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-da qeyd olunmasında yaxından iştirak etmişdir. 2017-ci ildə UNESCO-da qeydə alınan "Yallı" layihəsinin və "Azərbaycan rəqsləri" layihəsinin həmmüəllifi olmuşdur. Bədii əsərlərində Orxan Paşa imzası işlədir. Bədii əsərləri Azərbaycanda, Gürcüstanda, İranda, Türkiyədə nəşr olunmuşdur. Azərbaycanda 500-dən çox elmi məqalələri, 21 kitabı, 5 monoqrafiyası çapdan çıxmışdır. Xaricdə isə 70-dən çox məqaləsi çıxmışdır. Rəhbərliyi altında 50-ə yaxın dissertant və doktorant fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.